reklam
Aleks yenidən
Sportfm.az xəbər saytı

Aleks yenidən "Fənərbaxça"da -FOTO


"Fənərbaxça"nın əfsanəvi futbolçusu Aleks de Souza klubun idman direktoru vəzifəsində çalışa bilər.

Sportfm.az xəbər verir ki, ötən həftə "sarı-lacivərtlilər"in prezidenti Ali Koçun dəvəti ilə İstanbula gələn veteran futbolçuya idman direktorluğu vəzifəsi təklif olunub. O, ölkəsinə qayıdaraq ailəsi ilə məsləhətləşib, daha sonra qərarını verəcəyini bildirib.

Brazilya millisinin üzvü uzun müddət sonra tribunadan komandanın ev oyununu izləyib, klubun düşərgəsini, stadionu gəzib, futbolçularla görüşüb.

Qeyd edək ki, Aleks İstanbul təmsilçisinin heyətində çıxdığı 333 oyunda 167 qol vurub, 142 qol ötürməsi edib. Bununla birlikdə,  3 dəfə superliqanın, 1 dəfə ölkə kubokunun və 2 dəfə superkubokun qalibi olub.

Oxşar xəbərlər

Aleks De Souza B Seriyasında çalışaaq
Əfsanəvi baş məşqçinin adı danışılmış oyunda hallandı
Burak Özçivit futbolçunu filmə çəkəcək - FOTO
Əfsanə geri dönür: Aleks Ferqyusson yenidən "Mançester Yunayted"də
Aleks yenidən Türkiyəyə gəldi - FOTO

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər