reklam
İki azərbaycanlı 280 min avro üçün mübarizə aparacaq
Sportfm.az xəbər saytı

İki azərbaycanlı 280 min avro üçün mübarizə aparacaq


FIDE Qran-Pri turnirlərində iştirak edəcək şahmatçıları açıqlayıb. 

Sportfm.az xəbər verir ki, Qran-Pridə Azərbaycanı iki qrossmeyster təmsil edəcək. 

4 ölkədə təşkil olunacaq yarışda Şəhriyar Məmmədyarov və Teymur Rəcəbov mübarizə aparacaq. İlk Qran-Pri mayın 16-30-da Rusiyanın paytaxtı Moskvada, növbəti turnir iyulun 11-25-də Latviyanın paytaxtı Riqada keçiriləcək. 

Almaniyanın Hamburq şəhəri noyabrın 4-18-də yarışa ev sahibliyi edəcək. Sonuncusu isə dekabrın 10-24-də İsrailin paytaxtı Tel-Əvivdə olacaq.  

Rəcəbov Riqadakı, Məmmədyarov isə Hamburqdakı turnirə qatılmayacaq. FIDE Qran-Priləri 2020-ci il İddiaçılar Turnirinin iştirakçılarını müəyyənləşdirmək üçün təsis edib. 

Turnirin hər bir mərhələsində 16 şahmatçı, o cümlədən tədbirin təşkilatçıları tərəfindən irəli sürülən bir nəfər iştirak edəcək. 

Yarışın iki qalib şahmatçısı 2020-ci il İddiaçılar Turnirinə vəsiqə qazanacaq. Hər bir mərhələnin mükafat fondu 130 min avro təşkil edəcək. 

FIDE əlavə olaraq 280 min avroluq mükafat fondunu Qran-Pri seriyasında ən yaxşı nəticələrə əsasən bölüşdürəcək.

 

Oxşar xəbərlər

Məmmədyarov 3-ü dəfə Nakamura ilə üz-üzə - FIDE Qran-prisi
Rəcəbov Qran-pri turnirinə heç-heçə ilə başladı
Azərbaycanlı zəka oyununda çempion oldu
Məmmədyarov çempionluq şansından yararlana bilmədi
FIDE yeni Qran-pri təsis etdi

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər