Rəcəbov Qran-pri turnirinə heç-heçə ilə başladı
Azərbaycan şahmatçısı Teymur Rəcəbov Almaniyanın Hamburq şəhərində keçirilən FİDE-nin Qran-pri turnirində ilk görüşünü başa vurub.
Sportfm.az xəbər verir ki, 32 yaşlı qrossmeyster 1/8 final mərhələsində Rusiya təmsilçisi Daniil Dubovla üz-üzə gəlib.
İlk görüşdə heç-heçə qeydə alınıb - 0,5:0,5. Şahmatçılar arasındakı ikinci duel sabah keçiriləcək. Həmin qarşılaşmada da qalib müəyyənləşməsə, növbəti gün "tay-breyk" olacaq.
Qeyd edək ki, FIDE Qran-priləri 2020-ci il İddiaçılar Turnirinin iştirakçılarını müəyyənləşdirmək üçün təsis edib. Yarışın iki qalib şahmatçısı 2020-ci il İddiaçılar Turnirinə vəsiqə qazanacaq. Hər bir mərhələnin mükafat fondu 130 min avro təşkil edir. FIDE əlavə olaraq 280 min avroluq mükafat fondunu Qran-pri seriyasında ən yaxşı nəticələrə əsasən bölüşdürəcək.
Xatırladaq ki, Şəhriyar Məmmədyarov Rusiyanın paytaxtı Moskvadakı Qran-prinin qalibi olub. Dünya Kubokunu qazanan Teymur Rəcəbov isə öncədən İddiaçılar Turnirində iştirak hüququ qazanıb.
Oxşar xəbərlər
Azərbaycanlı zəka oyununda çempion oldu
Məmmədyarov çempionluq şansından yararlana bilmədi
İki azərbaycanlı 280 min avro üçün mübarizə aparacaq
FIDE yeni Qran-pri təsis etdi
Teymur Rəcəbov mükafatlandırma mərasiminə niyə qatılmadı?
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
“Beşiktaş” “Kristal Pelas”a, “Yuventus” “Renn”ə qarşı - Avropa Liqası
-
Azərbaycan millisinin açıq məşqi təşkil olundu - FIFA U-15 dünya çempionatı
-
75 yerli və 6 əcnəbi hakim təyinat aldı - FIFA U-15 dünya çempionatı
-
FİFA referimizə UEFA-dan təyinat
-
Tennisçilərimiz Latviyaya yollandı
-
MOİK-dən inamlı qələbə - I Liqa














Misli Premyer Liqası