Məmmədyarov çempionluq şansından yararlana bilmədi
Azərbaycan şahmatçısı Şəhriyar Məmmədyarov Latviyanın paytaxtı Riqada keçirilən FIDE Qran-prisində çempionluq şansını ən azı bu günlük əldən verib.
Sportfm.az xəbər verir ki, 34 yaşlı qrossmeyster final mərhələsinin ikinci turunda fransalı Maksim Vaşye-Laqrava məğlub olub - 0:1.
Məmmədyarov birinci görüşdə rəqibini məğlub edib və turnirdə çempion olmaq üçün ikinci dueldə ona heç-heçə də bəs edirdi. Riqadakı Qran-prinin qalibi üçüncü - həlledici görüşdən sonra bəlli olacaq. Bu duel isə iyulun 24-də baş tutacaq.
Qeyd edək ki, FIDE Qran-priləri 2020-ci il İddiaçılar Turnirinin iştirakçılarını müəyyənləşdirmək üçün təsis edib. Yarışın iki qalib şahmatçısı 2020-ci il İddiaçılar Turnirinə vəsiqə qazanacaq. Hər bir mərhələnin mükafat fondu 130 min avrodur.
Oxşar xəbərlər
Şəhriyar Məmmədyarov yaxşı başlamadı
Rəcəbov Qran-pri turnirinə heç-heçə ilə başladı
Şəhriyar Məmmədyarov "FIDE" Qran prisinin çempionu oldu
Azərbaycanlı zəka oyununda çempion oldu
İki azərbaycanlı 280 min avro üçün mübarizə aparacaq
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin















Misli Premyer Liqası