reklam
“Daytona 500” yürüşündə 20-dən çox maşın toqquşdu -
Sportfm.az xəbər saytı

“Daytona 500” yürüşündə 20-dən çox maşın toqquşdu -FOTO


ABŞ-ın Florida ştatında seriyalı NASCAR avtomobillərinin məşhur “Daytona 500“ yürüşü zamanı baş verən güclü qəzada 20-dən çox maşın toqquşub.

Sportfm.az xəbər verir ki, finişə 10 dövrə qalmış “Toyota”nın pilotu Mett Dibenedetto ilə “Ford Mustang”ın pilotu Pol Menardın bir-biri ilə toqquşması sıx və sürətli trafikdə “domino effekti” yaradıb. Bir neçə saniyə ərzində 20-dən çox avtomobil bir-birinə çırpılıb.

Qəzanın miqyasına baxmayaraq, pilotlardan heç biri ciddi zədələnməyib. Onların hamısı əzilmiş avtomobillərindən heç kimin köməyi olmadan çıxa bilib, hətta bəziləri yürüşü davam etdirib.

Təşkilatçılar dərhal trası dağıntılardan təmizləyiblər. İyirmi beş dəqiqəlik fasilədən sonra yarış davam etdirilib.

“Toyota”nın pilotu Denni Heden “Daytona 500” yürüşünün qalibi olub.

Oxşar xəbərlər

Prezidentin korteji yarış meydanına çıxdı - VİDEO
Bakıdakı yarış ən yaxşılar arasında
Yarış zamanı 18 avtomobil toqquşdu - FOTO
“Mercedes”in pilotu Yaponiya Qran-Prisinin qalibi oldu
Bakıda Formula 2 üzrə ikinci yarışa start verildi

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər