Çeçen güləşçi: "Hər iki xalqın nümayəndələrini belə təxribatlara uymamağa çağırıram"
Moskvada çeçenlərlə azərbaycanlılar arasında baş verən insident təxribatdır və mən bu cür təxribatlara uymamağa çağırıram.
Sportfn.az xəbər verir ki, bunu sərbəst güləş üzrə Azərbaycan yığmasının böyük məşqçisi, çeçen əsilli Zəlimxan Hüseynov bildirib. O, hər iki xalqın nümayəndələrini belə təxribatlara uymamağa çağıraraq deyib:
"Hörmətli qardaşlar, bu cür təxribatlara uymayın. Çünki bu hərəkətlər İslamın bütün normalarına ziddir. Mən Azərbaycanda sərbəst güləş üzrə millinin böyük məşqçisiyəm. Hər kəsi bir-birinə hörmət, səbr və qarşılıqlı anlaşma göstərməyə çağırıram".
Qeyd edək ki, fevralın 14-də Moskvada azərbaycanlılar və çeçenlər arasında məişət zəminində münaqişə olub. Hadisə yerinə gələn polis əməkdaşları 18 nəfəri saxlayıb.
Oxşar xəbərlər
"Təxribatlar futbolçularıma güc verir" - Qurban Qurbanov
"Erməni təxribatını dayandırın!" - Nuqzar Kvirtiya
Həbs olunan azərbaycanlı azarkeşlərlə bağlı qərar
Cəriməni ödəməyən futbolçunu polis yaxaladı
Stadionda polislə azarkeşlər arasında insident
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
"Kəpəz" Azərbaycan millisi ilə bərabərə qaldı - Yoxlama oyunu
-
"Maradona, Platini, Ziko kimi böyük futbolçu olmaq istəyirdik" - "Qızıl 76-lar"dan biri
-
“Neftçi” Litva klubu qarşılaşacaq - Yoldaşlıq görüşü
-
Günün canlı yayımlanacaq qarşılaşmaları - TV AFİŞA
-
"Spartak" Bakıya gəlir - Yoldaşlıq görüşü üçün
-
Almaniya Serbiyanı, Portuqaliya Danimarkanı məğlub etdi














Misli Premyer Liqası