Həbsdə olan azərbaycanlı dünya çempionu:“Hər şey superdir...” -VİDEO
Arvadını döydüyü üçün həbs edilən kikboks üzrə dünya çempionu Anar Süleymanov azadlığa buraxılması üçün apellyasiya şikayəti verib.
Sportfm.az saytı qafqazinfo-ya istinadən xəbər verir ki, onun şikayətinə Bakı Apellyasiya Məhkəməsinin hakimi Faiq Qasımov baxıb və Nərimanov rayon məhkəməsinin qərarı dəyişdirilmədən qüvvədə saxlanılıb. A.Süleymanov həbsdə qalıb. Prosesdən sonra A.Süleymanov məhkəmə önündə dostları ilə görüşüb video çəkdirib.
Görüntülərdən aydın olur ki, məhkəmə qərarı ilə 20 gün müddətinə inzibati qaydada həbs olunan A.Süleymanova xüsusi nəzarət olunmur. O, dostları ilə danışıb video-müraciət etdikdən sonra sərbəst formada polis maşınına doğru gedir.
Qeyd edək ki, A.Süleymanov Daxili İşlər Nazirliyinin Baş İctimai Təhlükəsizlik İdarəsinə tabe olan inzibati həbs olunanların saxlanma məntəqəsində cəzasını çəkir. Onun məhkəməyə gətirilib-aparılmasını həmin qurum həyata keçirir.
Videonu izləmək üçün klikləyin:
Oxşar xəbərlər
Həbsdə olan gənc güləşçi azadlığa buraxıldı - İttiham
Həbs olunan azərbaycanlı idmançılar - CİNAYƏT DOSYESİ
Həbs edilən dünya çempionunun anası: “Elə toy gününün birinci axşamı…”
Maşallah Əhmədov məhkəməyə müraciət edəcək
Azərbaycanda tanınmış idmançı həbs edilib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin














Misli Premyer Liqası