Azərbaycan yığması növbəti təlim-məşq toplanışına başladı
Sərbəst güləş üzrə Azərbaycan yığması bu gün növbəti təlim-məşq toplanışına başlayıb.
Sportfm.az xəbər verir ki, yanvarda Rusiyanın Mahaçqala şəhərində hazırlıq keçən komanda bu dəfə ölkənin digər şəhəri olan Kislovodska yollanıb.
Fevralın 27-dək davam edəcək hazırlıq prosesinə baş məşqçi Saypulla Absaidov, böyük məşqçi Zəlimxan Hüseynov, məşqçilər Arif Abdullayev və Sadruddin Ayqubovun rəhbərliyi altında 16 güləşçi qatılıb. Toplanışda fiziki yükləmələrlə yanaşı, taktiki-texniki hazırlığa da diqqət yetiriləcək.
Qeyd edək ki, müxtəlif səbəblərdən Mahaçqala toplanışını buraxan Georgi Edişeraşvili (57 kq), Hacı Əliyev (65 kq) və Cəmaləddin Məhəmmədov (125 kq) da Kislovodska yollanıb.
Oxşar xəbərlər
Güləşçilərimiz təlim-məşq toplanışında - Rusiyada
Yığmalarımız ölkə xaricində təlim-məşq toplanışında
Güləşçilərimiz Dağıstanda hazırlaşacaq - FOTO
Yığmalarımız növbəti təlim-məşq toplanışına başladı
Yığmamız Mahaçqalada hazırlaşır
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin















Misli Premyer Liqası