reklam
Sportfm.az xəbər saytı

"Qəbələ"nin cərimə edilməsinin səbəbi məlum oldu


"Qəbələ" və "Sumqayıt" komandaları arasındakı Azərbaycan Premyer Liqasının XV tur matçı zamanı hakimlər otağında çatışmayan lazımi inventarın adı müəyyənləşib.

Sportfm.az xəbər verir ki, bu, yan xətt hakimləri üçün ehtiyat bayraqdır. AFFA İntizam Komitəsi məhz həmin bayrağın olmaması üzündən "qırmızı-qaralar"ı 1600 manat cərimələyib.

Qeyd edək ki, fevralın 3-də Qəbələ şəhər stadionunda keçirilmiş görüşün baş hakimi Əliyar Ağayev, yan xətt hakimləri Akif Əmirəli və Rza Məmmədov, dördüncü hakim Kamal Umudlu, hakim-inspektor Munis Abdullayev, AFFA nümayəndəsi Şaiq Həmidov olub. Matç "Qəbələ"nin qələbəsi ilə yekunlaşıb - 1:0.

Oxşar xəbərlər

XIII turun hakimləri məlum oldu - Azərbaycan Premyer Liqası
“Qarabağ” – “Qəbələ” matçının hakimi məlum oldu
"Neftçi" xal fərqini qorudu
Premyer Liqada 15-ci turun təyinatları açıqlandı
Premyer Liqada 15-ci turun təyinatları açıqlandı

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər