UEFA-nın iclası Bakıda keçiriləcək
UEFA İcraiyyə Komitəsinin növbəti iclası mayın 29-da Bakıda keçiriləcək.
Sportfm.az xəbər verir ki, toplantı Bakı Olimpiya Stadionundakı Avropa Liqasının final matçı ərəfəsində təşkil olunacaq. Azərbaycanda ilk dəfə təşkil olunacaq iclasın yeri və gündəliyi hələlik açıqlanmayıb.
Bu gün İtaliyanın paytaxtı Romada işə başlayan toplantının gündəliyindəki əsas məsələ isə UEFA prezidenti seçkisi olacaq. Bu vəzifəyə yeganə namizəd qurumun hazırkı rəhbəri Aleksander Çeferindir. Sloveniyalı funksionerin namizədliyini əksər milli federasiyalar, o cümlədən, AFFA da dəstəkləyib. Seçki fevralın 7-nə təyin edilib.
UEFA prezidentindən əlavə, İcraiyyə Komitəsi üzvlüyünə 8 nəfərin 4 il müddətinə seçkisi keçiriləcək. Üzvlərdən ən azı 1-i isə qadın olmalıdır. Eyni zamanda, FIFA Şurasında vitse-prezident vəzifəsinə seçki olacaq.
Bu gün isə 2019 - 2024-cü illərdə UEFA-nın, o cümlədən, qadın futbolunun inkişaf strategiyası və Avropa futbolunun hərəkət vektoru müəyyənləşəcək.(report.az)
Oxşar xəbərlər
İcraiyyə Komitəsinin iclası keçiriləcək
İcraiyyə Komitəsinin iclasının gündəliyi açıqlandı - UEFA
UEFA İcraiyyə Komitəsinin iclası Bakıda keçiriləcək
Davor Şuker İcraiyyə Komitəsinə üzv seçildi - FOTO
Çempionlar Liqasının finalı Bakıda keçiriləcək? - AFFA-dan AÇIQLAMA
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin















Misli Premyer Liqası