Sportfm.az xəbər saytı
Sportfm.az xəbər saytı
“Qarabağ”ın isveçrəli ilə ikinci görüşü
"Qarabağ”ın Avropa Liqasının qrup mərhələsində "Slovan”la oyununa təyinat alan Stefan Klossner Ağdam klubuna tanış simadı. Apasport.az saytının məlumatına görə, isveçrəli referinin təmsilçimizlə avrokuboklarda bir dəfə yolu kəsişib. Bu, 2013-cü ilin avqust ayının 8-nə təsadüf edib. Klossner həmin vaxt "Qarabağ”ın Avroliqanın III təsnifat mərhələsində "Gefle” ilə səfər qarşılaşmasını idarə edib. Qurban Qurbanovun yetirmələrinin 2:0 hesabı ilə qələbə qazandıqları görüşdə referi əlini cibinə atmayıb. 2010-cu ildə İsveçrə çempionatında oyunlar idarə etməyə başlayan Stefan Klossner bundan 2 il sonra FİFA dərəcəsini alıb. Həmin ildən beynəlxalq təyinatlar alan 35 yaşlı hakimin Avropa Liqasının qrup mərhələsində debütü 2014-15 mövsümünə təsadüf edir. Həm həmin, həm də ondan sonrakı mövsümdə qrupda 1 oyun idarə edən isveçrəli ümumilikdə 30 beynəlxalq görüşdə fit çalıb. O, bu matçlarda 122 sarı, 8 qırmızı vərəqə göstərib, 12 dəfə penalti qərarı verib. Klossner cari mövsümdə Çempionlar Liqasının II təsnifat mərhələsində "Krusaders” – "Kopenhagen” və Avropa Liqasının III mərhələsində "Gent” – "Vitorul” görüşlərində ədalət təmsilçisi olub.
Oxşar xəbərlər
Əliyar Ağayevdən 4 sarı vərəqə Avropa Liqası
Bizlərə tanış olan Yaroslav Kozık - Referi Bakıya gəlir
Ağayevə kömək olan, "Qarabağ"a uğurlu hakim
İsrailli hakim 5-ci dəfə Azərbaycan komandasının oyununda
Meydana vərəqəsiz çıxan hakim yenidən Bakıya gəlir
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin















Misli Premyer Liqası