Sportfm.az xəbər saytı
Sportfm.az xəbər saytı
Blatter Canni İnfantinonu tənqid etdi -"Futbolu nəhəng pul maşınına çevirmək istəyir"
FİFA-nın keçmiş prezidenti Yozef Blatter qurumun hazırkı rəhbəri Canni İnfantinonu tənqid edib.
Sportfm.az xəbər verir ki, Blatter, İnfantinonun futbolu nəhəng pul maşınına çevirmək istədiyini deyib:
“İnfantinonun prezidentliyə gəldiyi yolu təmizləməyə çalışdığı görünür. İnfantino futbolu nəhəng pul maşınına çevirmək istəyir. 48 komandanın iştirakı ilə dünya çempionatı keçirmək istəyir. Bu, daha çox pullar qazanılmaq üçün edilir.
Bəzi şeylər var ki, onları həzm etmək çətindir. İnfantino dərnəklərin prezidentləriylə deyil, artıq birbaşa ölkə başçılarıyla danışır”.
Qeyd edək ki, Blatter 1998-2015-ci illər aralığında FİFA-nın prezidenti olub.
Oxşar xəbərlər
FİFA-nın sabiq prezidentinə ağır cəza - 6 il 8 ay
Yozef Blatter koronavirusdan sağaldı
FİFA-nın keçmiş prezidenti barəsində araşdırma başladı
Blatter FIFA prezidentini məhkəməyə verəcək
Putin sabiq FİFA prezidentini mundiala dəvət etdi
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin














Misli Premyer Liqası