Azərbaycan klubları transferlərə nə qədər pul xərcləyib? -FİFA-dan açıqlama
FİFA dünya futbol klublarının 2018-ci il üçün transfer hesabatını təqdim edib.
Sportfm.az xəbər verir ki, keçən il 13 Azərbaycan klubu beynəlxalq transfer əməliyyatlarında iştirak edib. Bu, 2017-ci illə müqayisədə 35 faiz aşağıdı.
Azərbaycan klubları futbolçu transferləri zamanı il ərzində ümumilikdə 2,1 milyon dollar xərcləyib. Bu, 2017-ci illə müqayisədə 61,6 faiz azdı. Ölkəmiz bu göstəricidə 47-ci sıradadı.
Transferlərdə qazanclar isə az qala ikiqat artıb. Klublarımız keçən il futbolçu satışından 1,4 milyon dollar qazanıb. Bu isə 2017-ci illə müqayisədə 95,7 faiz çoxdu. Azərbaycan bu göstəriciyə görə 73-cüdü.
Xərc və gəlirlərin fərqinə gəlincə, burda 0,7 milyon avro ziyan qeydə alınıb.
Keçən il xarici klublardan 77 futbolçu Azərbaycana transfer olunub (2017-ci illə müqayisədə 30 faiz az). Azərbaycan klublarını tərk edən futbolçuların sayı isə 58 olub. Bu göstərici bir il əvvəllə müqayisədə 16 faiz çoxdu.
Oxşar xəbərlər
Azərbaycan klublarının 2023-cü ildəki ümumi gəlirləri
Transfer üçün xərclənən pulların məbləği pik həddə çatdı - REKORD
AMADA açıqladı - Antidopinq qayda pozuntularını
Klubların transferlər üçün xərclədiyi məbləği açıqlandı
Formula 1 Azərbaycan Qran-Prisini 94 min tamaşaçı izlədi
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Kubokun püşkü atılacaq
-
Günün canlı yayımlanacaq qarşılaşmaları - TV AFİŞA
-
"Şahdağ Qusar" "Karvan-Yevlax"ı uddu - I Liqa
-
19 yaşlı azərbaycanlı futbolçular "Mançester Yunayted"ə qarşı
-
Yığmamız Moldovaya məğlub oldu - Beynəlxalq yoldaşlıq turniri
-
Xaricdəki azərbaycanlı futbolçular üçün məlumat bazası yaradılır













Misli Premyer Liqası