reklam
Formula 1 Azərbaycan Qran-Prisini 94 min tamaşaçı izlədi
Sportfm.az xəbər saytı

Formula 1 Azərbaycan Qran-Prisini 94 min tamaşaçı izlədi


Aprelin 27-29-da Bakıda keçirilən Formula 1 Azərbaycan Qran-Prisinə, həmçinin axşam konsertlərinə ümumilikdə 94 min tamaşaçı baxıb.

Sportfm.az xəbər verir ki, Formula 1-in ən sürətli şəhər halqasında baş tutan ötənilki yarışla müqayisədə bu il ümumi tamaşaçı sayında 31, bilet satışında isə 21 faiz artım qeydə alınıb. Bu il satılan biletlərin 77 faizi yerli azarkeşlərin payına düşür.

Formula 1 üzrə dünya çempionatının 4-cü yarışında iştirak etmək üçün Bakıya gələn əcnəbi azarkeşlərin sayı ötən illə müqayisədə 31 faiz artıb. Mövsümün gözlənilməzliklərlə və həyəcanverici anlarla dolu yarışına şahid olmaq üçün dünyanın 78 ölkəsindən avtoidman həvəskarları Bakıya təşrif buyurublar. Biletlərin təxminən dörddəbiri əcnəbi tamaşaçılar tərəfindən alınıb.

Bakı şəhər halqasında üçüncü dəfə keçirilən yarış azarkeşlərin etimadını doğrulda bilib. Belə ki, həm yarışı yerində canlı, həm də bütün dünyada teleyayım vasitəsilə izləyən milyonlarla tamaşaçı uzun müddət yaddaşlardan silinməyəcək mübarizənin şahidi olublar.

Oxşar xəbərlər

Azərbaycan qran-prisinin bütün biletləri satıldı - Formula 1
Portimaodakı tamaşaçı sayı 27 minə endirildi - Formula 1
Bakıdakı tribunaya olan biletlərin hamısı satıldı
Bakıdakı yarışa böyük maraq var - Açıqlama
2017-ci il Formula-1 Azərbaycan Qran-Prisinin qalibi Bakıya gələcək

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər