reklam
Fransa klubu
Sportfm.az xəbər saytı

Fransa klubu "Zenit"in futbolçusunu heyətinə qatdı


Fransanın PSJ klubu heyətini yeni futbolçu ilə gücləndirib.

Sportfm.az xəbər verir ki, Paris təmsilçisi Rusiya "Zenit"inin yarımmüdafiəçisi Leandro Paredesi transfer edib. 25 yaşlı argentinalı oyunçu ilə 2023-cü ilin iyulunadək müqavilə imzalanıb.

Qeyd edək ki, Leandro Paredes 2017-ci ilin iyulunda "Zenit"lə 4 illik müqavilə imzalamışdı. Ölkəsinin "Boka Xuniors" komandasının yetirməsi olan futbolçu İtaliyanın "Roma", "Empoli" və "Kyevo" komandalarının da formasını geyinib. Paredes Argentina millisinin heyətində 9 oyunda meydanda olub. 

Oxşar xəbərlər

"Yuventus" dünya çempionu ilə yollarını ayırır
"Zenit"in yetirməsi "Sabah"da - 3 illik müqavilə
İtaliyadan 3 təklif - PSJ-nin futbolçusuna
Sərdar "Zenit"ə transfer oldu
Paredes debüt etdi, PSJ ilk dəfə məğlub oldu

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər