İrqçiliyə məruz qalan futbolçu həbs olundu
İngiltərənin “Fulhem” klubunun futbolçusu Abubakar Kamara həbs olunub.
Sportfm.az xəbər verir ki, 24 yaşlı hücumçus qəsdən sağlamlığa zərər vurmaqda ittiham olunur. İnsident yanvarın 21-də London təmsilçinin bazasında baş verib. Fransalı forvard gələcək karyerasını müzakirə etmək üçün “Fulhem”in icraçı direktoru Alister Makintoşla görüşə gələn zaman mühafizəçilərlə dalaşıb.
İnsidentlə bağlı klub rəsmi saytında yerləşdirilən açıqlamada bildirilir ki, Kamaranın klubun Motspur Parkdakı bazasına girişi qadağandır: “Hadisəyə dərhal müdaxilə etdikləri üçün polis əməkdaşlarına minnətdarıq. Futbolçunun kluba aid tədbirlərdə iştirakı da qadağandır. Təhlükəsiz əmək şəraitinin təmin olunması naminə istintaqla sıx əməkdaşlıq edəcəyik”.
Qeyd edək ki, Kamara daha əvvəldə klub tərəfindən inzibati cəzalarla üzləşib. O, Premyer Liqanın XX turunda “Haddersfild” ilə matçın 82-ci dəqiqəsində topu komanda yoldaşı Aleksandr Mitroviçdən alaraq penaltini qeyri-dəqiq yerinə yetirdiyi üçün irqçi təzyiqlərə məruz qalıb.
Oxşar xəbərlər
“Neftçi”nin bazasına hücum edən azarkeşlər həbs olundu
İrqçiliyə görə 8 azarkeşi həbs edildi - Londonda
"Qarabağ" tibbi xidmətə, "Sumqayıt" isə protexniki vasitələrə görə cərimələndi
"Neftçi"nin məşqçisinə ağır cəza verildi
Daha bir futbolçu irqçi təzyiqlərə məruz qaldı
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Ötən mövsüm "Barselona" bu mövsüm "Real" Madrid - Gənclər Liqası
-
AFFA klubları cərimələdi - QƏRAR
-
Günün canlı yayımlanacaq qarşılaşmaları - TV AFİŞA
-
"Turan Tovuz" oyuna itki ilə çıxacaq
-
Dopinqlə mübarizədə yeni mərhələ - Yeni Dehlidə WADA-nın beynəlxalq konfransı
-
Bədii üzgüçülük üzrə yeni məşqçi təyinatı















Misli Premyer Liqası