reklam
“Qəbələ” -
Sportfm.az xəbər saytı

“Qəbələ” - "İnter" matçında "sülh" - VİDEO


Topaz Premyer Liqasında II turun daha bir görüşü keçirilib. Sportfm.az saytının məlumatına görə, turun ikinci görüşünda "Qəbələ” "İnter”lə qarşılaşıb. İlk turda qələbə qazanan iki rəqib arasındakı görüş turun mərkəzi oyunu hesab edilirdi. Hər iki komandanın bir neçə qol epizodunun olduğu oyun qolsuz heç-heçə ilə başa çatıb. Matçın ən yaddaqalan məqamı isə ikinci hissədə nominal meydan sahiblərinin - "Qəbələ"nin futbolçusu Nika Kvekveskirinin penaltidən yararlana bilməməsi olub. Səlahət Ağayev keçmiş komanda yoldaşının fərqlənməsinə mane olub.
  
Topaz Premyer Liqası
II tur
12 avqust (cümə)
 
"Qəbələ” – "İnter” - 0:0
İstifadə edilməyən penalti: Nika Kvekveskiri, 53 ("Qəbələ", qapıçı)

 
Hakimlər: Rauf Cabbarov, Nahid Əliyev, Knyaz Əmiraslanov, Namiq Hüseynov
Əlavə köməkçi hakimlər: Fariz Yusifov, Rəvan Həmzəzadə
AFFA nümayəndəsi: Məmmədəli Məmmədov
Hakim-inspektor: Vüsal Əliyev
"Dalğa Arena”
 
"Qəbələ”: 22. Dmitri Bezotosnı, 4. Elvin Camalov, 7. Nika Kvekveskiri, 9. Sergey Zenyov, 11. Asif Məmmədov, 15. Vitali Vernidub, 17. Məhəmməd Mirzəbəyov, 19. Filip Ozobiç, 34. Urfan Abbasov, 44. Rafael Santos (k), 88. Tellur Mütəllimov
Ehtiyat oyunçular: 33. David Pietrzikeviç, 3. Voislav Stankoviç, 8. Qismət Alıyev, 13. Murad Musayev, 18. Baqali Dabo, 27. Teo Uiks, 32. Rəşad Eyubov
Baş məşqçi: Roman Qriqorçuk
 
"İnter”: 1. Səlahət Ağayev, 17. Abbas Hüseynov, 27. Adrian Skarlatake , 14. Zurab Xizanişvili, 33. Tərlan Quliyev, 22. İlkin Qırtımov, 8. Nizami Hacıyev (k), 15. Ruslan Abışov, 24. Fuad Bayramov, 55. Ağabala Ramazanov, 11. Rauf Əliyev
Ehtiyat oyunçular: 13. Orxan Sadıqlı, 2. Sərtan Taşqın, 3. Denis Silva Kruz, 10. Elnur Abdullayev, 6. Samir Zərgərov, 7. Mirsahib Abbasov, 9. Pərdis Fərcad-Azad
Baş məşqçi: Zaur Svanadze

Oxşar xəbərlər

"İnter" AZAL-ı bir top fərqi ilə yendi
"Qəbələ" sensasiyaya imkan vermədi
"İnter" iki top fərqiylə öndə - YENİLƏNİB
"Qəbələ" "Neftçi"yə futbol dərsi keçdi
“Qəbələ” 3 xalla başladı - VİDEO

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər