reklam
Sportfm.az xəbər saytı

"Zirə" "Neftçi"yə qalib gəldi


Topaz Premyer Liqasında II tura yekun vurulub. Sportfm.az saytının məlumatına görə, son oyun gününün tək qarşılaşması paytaxtda baş tutub. "Neftçi” "Zirə” ilə qarşılaşıb. 8-ci km qəsəbə stadionunda gedən təmir işləri ilə əlaqədar olaraq Masazırda, "Əlincə Arena”da keçirilən qarşılaşma nominal qonaqların qələbəsi ilə başa çatıb. 43-cü dəqiqədə Vüqar Mustafayevin zərbəsindən sonra Məqsəd İsayevə dəyərək qapıya daxil olan qol matçda yeganə olub. "Neftçi” tarixi ərzində uda bilmədiyi yeganə Azərbaycan klubu olan rəqibindən ötən mövsümkü zərbələrin əvəzini çıxa bilməyib.
 
Topaz Premyer Liqası
II tur
14 avqust (bazar)
 
"Neftçi” – "Zirə” - 0:1
Qol: Vüqar Mustafayev, 43
 
Hakimlər: Ramil Diniyev, Elman Musayev, Rahil Ramazanov, Coşqun Həsənov
Əlavə köməkçi hakimlər: Əliyar Ağayev, Fariz Yusifov
AFFA nümayəndəsi: Rauf Əmirov
Hakim-inspektor: Rövşən Əhmədov
Masazır, "Əlincə Arena"
 
"Neftçi”: 1.Krşevan Santini, 6.Vançe Şikov, 7.Araz Abdullayev (k), 10.Cavid İmamverdiyev, 13.Murad Ağayev, 17.Rəhman Hacıyev, 19.Fəhmin Muradbəyli, 27.Məqsəd İsayev, 30.Dario Melnyak, 80.Edson Kastilyo, 95.Elvin Bədəlov.
Ehtiyat oyunçular: 53.Maksim Vaylo, 4.Rahil Məmmədov, 9.Katalin Tira, 20.Eltun Yaqublu, 26.Kamal Qurbanov, 99.Denilson Pereyra, 11.Ruslan Qurbanov
Baş məşqçi: Vəli Qasımov
 
"Zirə”: 1. Anar Nəzirov, 23. Yovan Krneta, 44. Migel Lorenso, 18. Tural Cəlilov, 28. Təmkin Xəlilzadə, 8. Milan Duriç, 6. Vüqar Mustafayev, 7. Gerhard Proqni, 10. Elvin Məmmədov (k), 19. Nurlan Novruzov, 21. Murad Səttarlı
Ehtiyat oyunçular: 85. Kamal Bayramov, 55. Cəmil Hacıyev, 5. Adil Nağıyev, 17. Vüsal İsgəndərli, 90. Muxtar Əliyev, 99. Yasin Həmid, 11. Viktor İqbekoyi 
Baş məşqçi: Adil Şükürov

Oxşar xəbərlər

"Zirə" hesabda geri düşdü, oyunda qalib gəldi
"Kəpəz" səfərdə, "Zirə" evdə sevindi
"Qəbələ" "Neftçi"yə futbol dərsi keçdi
"Qarabağ" "Neftçi"yə böyük hesabla qalib gəldi
"Neftçi" və "Sumqayıt" 3 xalla başladı - VİDEO

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər