reklam
Güləşçilərimiz “Təxti kuboku”nda çıxış edəcəklər
Sportfm.az xəbər saytı

Güləşçilərimiz “Təxti kuboku”nda çıxış edəcəklər


Güləşçilərimiz 2019-cu ildə beynəlxalq yarışlara start verir.

Sportfm.az xəbər verir ki, pəhləvanlarımız üçün ilk belə turnir yanvarın 24-25-də Tehranda keçiriləcək yunan-Roma güləşi üzrə “Təxti kuboku” olacaq.

Ənənəvi yarışda ölkəmizi yığmamızın böyük məşqçisi Rövşən Bayramov və məşqçi Emin Əhmədovun rəhbərliyi altında Ziyad Zeynalov (55 kq), Murad Bazarov, Mikayıl Rəhimov (hər ikisi 60 kq), Zaur Nuriyev (63 kq), Kərim Cəfərov (67 kq), Azad Əliyev (72 kq), Nəsir Həsənov (77 kq), Elməddin Ramazanov, Eltun Vəzirzadə (hər ikisi 82 kq) və Arif Niftullayev (97 kq) təmsil edəcəklər.

Qeyd edək ki, III dərəcəli beynəlxalq hakimimiz Elgün Məmmədov turnirdə ədaləti qoruyacaq.

Oxşar xəbərlər

Yığma komandamız Qran-Pridə mübarizə aparacaq
Gənc yunan-Roma güləşçilərimizin Kaspiysk sınağı
Güləşçilərimiz Kiyevdə güclərini sınayacaqlar
Yunan-Roma güləşçilərimiz "Təxti Kuboku"nda
Gənc güləşçilərimiz Tehranda beynəlxalq turnirdə mübarizə aparacaqlar

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər