Sportfm.az xəbər saytı
Sportfm.az xəbər saytı
Gənc yunan-Roma güləşçilərimizin Kaspiysk sınağı
Dağıstanın Kaspiysk şəhərində gənc yunan-Roma güləşçiləri arasında Surakat Asyatilovun xatirə turnirinə start veriləcək.
Sportfm.az xəbər verir ki, aprelin 7-dək davam edəcək ənənəvi yarışda ölkəmizi gənclərdən ibarət yığmamızın böyük məşqçisi Nurəddin Rəcəbov və məşqçi Zöhrab Abbasovun rəhbərliyi altında Zaur Əliyev, Rəvan Rəcəbov (hər ikisi 55 kq), Zaur Nuriyev (63 kq), Ramin İsrayilov (67 kq), Cavid Miralayev (77 kq), Şirxan Quliyev (82 kq) və Sərxan Məmmədov (130 kq) təmsil edəcək.
Turnirdə beynəlxalq dərəcəli hakim Cəlal Bahadurov ədaləti qoruyacaq.
Oxşar xəbərlər
Güləş yığmamızın heyəti açıqlandı - SİYAHI
Yığma komandamız Qran-Pridə mübarizə aparacaq
Dağıstanda gümüş medal
Güləşçilərimiz İranda güclərini sınayacaqlar
Gənc güləşçilərimiz Tehranda beynəlxalq turnirdə mübarizə aparacaqlar
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin














Misli Premyer Liqası