Elxan Abdullayev AFFA-dan təklif gözləyir
"AFFA-dan heç bir dəvət gəlməyib. Bu, federasiyanın işidir. Dəvət eləsələr, nəsə demək olar. İndi fikir bildirmək olmaz".
Sportfm.az xəbər verir ki, bu sözləri uzun müddət milli komandada məşqçi işləmiş Elxan Abdullayev deyib. 48 yaşlı mütəxəssis yenidən yığmada çalışmağa hazır olduğunu deyib: "Əlbəttə, hər məşqçi dəvət gözləyir. Mən yığmada çalışmağa çoxdan hazıram. Uzun müddət millilərdə işləmişəm. Karlos Alberto Torres, Berto Foqts və Robert Prosineçkinin dönəmlərində yığmada olmuşam, U-21 millisində çalışmışam. Təcrübəm var, işləyə bilərəm. Dəvət gəlsə, nəsə söyləmək olar. Xəbər edən olmayıb".
Ötən ilin dekabrında Qurban Qurbanovla yolları ayıran federasiya xeyli zaman keçsə də hələ də yeni baş məşqçiylə anlaşmayıb. Abdullayevin fikrincə bu, millinin ziyanına işləyir: "Bu amil ziyanımıza işləyir. Yeni baş məşqçi təyinatının gecikməsinin səbəblərini bilmirəm. Biz çox gecikirik. Yeni baş məşqçi futbolumuzu tanımayan biri olsa, onun üçün çox çətin olacaq. Vaxta olduqca az qalıb. Çünki yeni baş məşqçi də heç kəsi tanımayacaq. Ona vaxt lazım olacaq".
"Neftçi"nin sabiq baş məşqçisi U-21 yığmasına baş məşqçi təyin edilən Milan Obradoviçə də uğurlar arzulayıb: "Ona uğurlar arzu edirəm. Artıq təyinatı rəsmiləşib və bizə də uğurlar arzulmaq qalır. Sözün düzü, mən Milan Obradoviçi tanımıram".(sportal.az)
Oxşar xəbərlər
"Yurçeviçlə bağlı indi fikir yürütmək düz olmaz" - Yunis Hüseynov
Millidə işləməkdən imtina edən Yunis Hüseynov:"Serbiyalı mütəxəssisin gəlişini düzgün hesab etmirəm"
Millimizin yeni baş məşqçisinin köməkçiləri müəyyənləşdi
Serbiyalı baş məşqçidən AFFA-ya rədd cavabı
"Milliyə belə tez dəvət alacağımı gözləmirdim" - Rüfət Dadaşov
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin















Misli Premyer Liqası