reklam
Sportfm.az xəbər saytı

"Neftçi" İran klubu ilə oyundan imtina etdi


"Neftçi"nin Antalya toplanışı çərçivəsində yanvarın 20-də "İstiqlal” (İran) klubu ilə keçirilməli yoxlama oyunu ləğv olunub.
Sportfm.az klubun rəsmi saytına istinadən xəbər verir ki, buna səbəb baş məşqçi Roberto Bordinin qərarıdır. İtaliyalı mütəxəssis fiziki yüklü məşqlərdən sonra futbolçuların ard-arda iki yoxlama oyununda meydana çıxacaqları halda onların zədələnmə ehtimalının artmasını əsas gətirərək belə qərar qəbul edib.

Xatırladaq ki, dünən "Qaz Metan”la (Rumıniya) sınaq matçında qələbə qazanan (3:0) "Neftçi” yanvarın 23-də "Slovan” (Liberes, Çexiya), 26-da isə "Beroe” (Bolqarıstan) klubları ilə qarşılaşacaq.

 

Oxşar xəbərlər

"Neftçi"nin oyunu ləğv olundu - TOPLANIŞ
"Neftçi" Bolqarıstan klubunu məğlub etdi
İran klubu "Neftçi" ilə üz-üzə gələcək
"Neftçi" "The Sense De Luxe”də - hazırlıq planı məlum oldu
“Neftçi”nin Antalyadakı rəqiblərindən ikisi müəyyənləşdi

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər