Salmana təşəkkür məktubu göndərdi -Dəstəyə görə
Beynəlxalq Şahmat Federasiyasının (FİDE) prezidenti Arkadi Dvorkoviç Səudiyyə Ərəbistanının kralı Salman bin Əbdüləziz Al Səudun 2018-ci ildə Sankt-Peterburqda rapid və blits üzrə dünya çempionatının keçirilməsinə göstərdiyi köməyə və sponsor dəstəyinə görə ona təşəkkür məktubu göndərib.
Sportfm.az xəbər verir ki, 2018-ci ildə rapid və blits üzrə dünya çempionatı dekabrın sonunda Sankt-Peterburqda keçirilib. Həmtəşkilatçısı Səudiyyə Ərəbistanı olan bu turnir kral Salmanın adını daşıyırdı.
Məktubda deyilir: "Sizə sevinclə bildirirəm ki, Sankt-Peterburqda dünya çempionatı böyük uğurla keçdi, oyunçular, rəsmi şəxslər, jurnalistlər və qonaqlar tərəfindən yüksək qiymətləndirildi. İştirakçılar və qonaqlar turnirin təşkilatçılarına dərin təşəkkürlərini bildirdilər. Mən bu sözləri Sizə ünvanlamaq istərdim, çünki Sizin sponsor kimi iştirakınız olmasaydı, biz bu əlamətdar hadisəni təşkil edə bilməsdik. Bundan əlavə, "Sela Sport Company" şirkətindən olan həmkarlarımıza minnətdarıq, bu şirkətin təcrübəsi turniri yüksək səviyyədə keçirməyə kömək etdi".
A.Dvorkoviç daha sonra yazır: "Göstərdiyiniz dəstəyə görə Sizə təşəkkür edirəm. Ümidvaram ki, FİDE ilə Səudiyyə Ərəbistanı, həmçinin şahmatın inkişafına çox fayda verən "Sela Sport Company" şirkəti arasında əməkdaşlıq 2019-cu ildə də davam edəcək".
Oxşar xəbərlər
Dünya çempionatının keçirilməsi Səudiyyə Ərəbistanı ilə müzakirə ediləcək
Şahmatın rapid və blits növləri üzrə dünya çempionatı keçiriləcək
Dünya çempionatının qalibi 350 min dollar qazanacaq
Azərbaycan dünya çempionatında neçə şahmatçı ilə təmsil olunur?
İsrail şahmatçılarını ölkəyə buraxmadılar
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin














Misli Premyer Liqası