Dünya çempionatının keçirilməsi Səudiyyə Ərəbistanı ilə müzakirə ediləcək
Beynəlxalq Şahmat Federasiyasının (FIDE) prezidenti Arkadi Dvorkoviç rapid və blits üzrə 2019-cu il dünya çempionatının keçiriləcəyi yerlə bağlı Səudiyyə Ərəbistanı nümayəndələri ilə danışıqlar aparacaq.
Sportfm.az xəbər verir ki, o, bu barədə TASS agentliyinə bildirib.
Rapid və blits üzrə 2018-ci il dünya çempionatı dekabrın sonlarında Sankt-Peterburqda keçirilsə də, Səudiyyə Ərəbistanı həmtəşkilatçı olduğundan, turnir Kral Salmanın adını daşıyıb.
“Növbəti dünya çempionatının keçirilməsi barədə müqavilə hələ də Səudiyyə Ərəbistanındadır. Hazırda dünya çempionatının məhz harada keçiriləcəyi bizə məlum deyil. Mən hələ bu barədə danışıqlar aparmalıyam. Biz Səudiyyə Ərəbistanı ilə bu məsələni müzakirə edəcəyik”, - deyə Dvorkoviç bildirib.
Daha əvvəl Rusiya Şahmat Federasiyasının prezidenti Andrey Filatov etiraf etmişdi ki, nəzəri cəhətdən Rusiya 2019-cu il turnirinə də ev sahibliyi edə bilər. Yəni turniri Kral Salmanın himayədarlığı ilə də keçirə bilər.
Oxşar xəbərlər
Səudiyyə Ərəbistanı dünya çempionatına ev sahibliyi edəcək
Səudiyyə Ərəbistanı Qran-Prisinin trası təqdim ediləcək - Formula 1
Salmana təşəkkür məktubu göndərdi - Dəstəyə görə
Şahmatın rapid və blits növləri üzrə dünya çempionatı keçiriləcək
İsrail şahmatçılarını ölkəyə buraxmadılar
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













Misli Premyer Liqası