"Real" son dəqiqələrdə sevindi
İspaniya La Liqasında 19-cu tura start verilib.
Sportfm.az xəbər verir ki, ilk oyun günündə bir qarşılaşma keçirilib. "Rayo Valyekano" öz meydanında "Selta"nı qəbul edib. Altı qolun qeydə alındığı qarşılaşma meydan sahiblərinin inamlı qələbəsi ilə başa çatıb.
Şənbə günü daha dörd görüş baş tutub. "Valensiya" - "Valyadolid" və "Jirona" - "Alaves" matçlarında qalib müəyyənləşməyib. Tərəflər hərəyə 1 qolla 1 xal əldə ediblər.
"Leqanes" evdə "Hueska"nı minimal hesabla üstələyib. Səfərdə "Vilyarreal"la qarşılaşan "Xetafe"i isə turu qələbə ilə başa vurub.
"Barselona" bu tur "Eybar"la, "Atletiko" isə "Levante"ylə üz-üzə gəlib. Hər iki oyunda meydan sahibləri qələbəni bayram ediblər. "Real" isə çətin "Betis" səfərinə yollanıb. Madrid təmsilçisi də bu oyundan qalib ayrılmağı bacarıb.
İspaniya La Liqası, 19-cu tur
11 yanvar
Rayo Valyekano - Selta 4:2
Qol: De Tomas, 4; 37; 77. Bebe, 90 - Arauxo, 13. M.Qomes, 18-pen.
12 yanvar
Leqanes - Hueska 1:0
Qol: Ən Nəsri, 73.
Valensiya - Valyadolid 1:1
Qol: Parexo, 71 - Alkaras, 82.
Jirona - Alaves 1:1
Qol: Stuani, 12 - Baston, 50.
Vilyarreal - Xetafe 1:2
Qol: Kabera, 75-öz qapısına - Molina, 52. A.Rodriqes, 89.
13 yanvar
Atletiko - Levante 1:0
Qol: Qrizmann, 57-pen.
Atletik - Sevilya 2:0
Qol: İ.Uilyams, 23; 84.
Barselona - Eybar 3:0
Qol: L.Suares, 19; 59. Messi, 53.
Betis - Real 1:2
Qol: Kanales, 67 - Modriç, 13. Sebalyos, 88.
14 yanvar
00:00 Real Sosyedad - Espanyol

Bombardir: Lionel Messi (Barselona) - 16 qol.
Oxşar xəbərlər
"Real" səfərdə qalib gəlib lider oldu
Kral klubu çətin 90 dəqiqəni 3 xalla başa vurdu
"Barselona" Bilbaoda büdrədi
Messidən het-trik, "Barsa"dan darmadağın
“Real” öz meydanında məğlub oldu
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin















Misli Premyer Liqası