Ayxan Abbasov: "Bütün mövqeylərdə rəqabətin olmasını istəyirik"
"Yanvarın 4-dən etibarən məşqlərimiz davam edir. Futbolçular qış fasiləsindən sonra istər-istəməz tam formada olmurlar, lakin, plana əsasən keçirilən məşqlərdən sonra yoxlama oyunu bizim üçün önəmli idi. Futbolçular da özlərini yaxşı cəhətdən göstərməyə çalışdılar".
Sportfm.az xəbər verir ki, bu sözləri "Sumqayıt"ın baş məşqçisi Ayxan Abbasov I Divizion təmsilçisi "Şüvəlan"a 4:0 hesabı ilə qalib gəldikləri yoxlama oyunundan sonra klubun saytına deyib. Gənc mütəxəssis yeni transferlərin komandaya uyğunlaşdığını deyib:
"Bugünkü oyunda əsas istəyimiz hərəkətli oyun görmək idi. Yeni transferlərimizin hər üçü bu gün meydanda oldu. Yavaş-yavaş onlar da komandaya uyğunlaşır. Çalışırıq transferlərlə heyətimizi daha da gücləndirək. Bütün mövqelərdə futbolçular arasında rəqabətin olmasını istəyirik. Ümid edirəm ki, Antalya toplanışı ərzində bu məsələni həll etmiş olacağıq".
Oxşar xəbərlər
"Turdan-tura daha da artıracağıq" - Ayxan Abbasov
"Futbolçuların meydanda əzmkarlığı məni qane etdi" - Ayxan Abbasov
"Çempionata tam hazır şəkildə başlamalıyıq" - Ayxan Abbasov
"Bu oyun bizim üçün yaxşı məşq oldu" - Sənan Qurbanov
Ayxan Abbasov:"Səhvləri yavaş-yavaş azaldırıq"
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin















Misli Premyer Liqası