Azərbaycan çempionatında yeni komanda
Bakı Kəndlər Futbol Federasiyasının kənd və qəsəbələrin həvəskar komandaları arasında keçirdiyi payız-yaz birinciliyində 2-ci tur baş tutub.
Həm də açılış turundan fərqli, 3 oyun keçirilib.
Belə ki, təşkilatçılar 8-ci komandanı tapıb. Çempionat oyunlarına evsahibliyi edən Binənin də yarışda təmsilçisi olacaq. Həm də ikisi birdən.
Sportfm.az xəbər verir ki, sənəd problemini yoluna qoya bilməyən "Mübariz"in yerinə Səngəçalın "Gənclərbirliyi" kollektivi yarışın sonuncu iştirakçısı olub.
Bundan başqa, "Buzovna-2012" adını dəyişib. Komanda bundan sonra "Stern Binə" adı ilə çıxış edəcək.
Nəticələrə gəlincə, "Hunters" mövsümdə ilk oyununu keçirən "Müşfiq"i çətinliklə də olsa, yeniməyi bacarıb - 2:1. "Qobustan" - "Azəri" qarşılaşmasında da eyni hesab qeydə alınıb və birincilər 3 xala sevinən tərəf olub.
"Qardaşlar" isə "Hövsan"la görüşdə 7:2 hesablı qələbə sayəsində zirvəni ələ keçirib. "Gənclərbirliyi" də mövsümə 3 xalla start verib. Həm də meydana çıxmadan.
Səngəçallılarla oyunda adını dəyişən "Stern Binə"nin heyətində yetərsay olmayıb. Beləliklə, komandaya texniki məğlubiyyət verilib. Üçüncü turun oyunları həftəsonu keçiriləcək:
5 yanvar
13.00 Müşfiq - Stern Binə
15.00 Azəri - Hunters
6 yanvar
13.00 Gənclərbirliyi - Hövsan
15.00 Qardaşlar - Qobustan
1. Qardaşlar 2 2 0 0 15-4 6
2. Hunters 2 2 0 0 4-1 6
3. Gənclərbirliyi 1 1 0 0 3-0 3
4. Qobustan 2 1 0 1 2-3 3
5. Hövsan 2 1 0 1 5-8 3
6. Müşfiq 1 0 0 1 1-2 0
7. Azəri 2 0 0 2 2-5 0
8. Stern Binə 2 0 0 2 2-11 0
№ | Komanda | o | x |
1 | Qarabağ | 34 | 87 |
2 | Sabah | 33 | 77 |
3 | Neftçi | 34 | 62 |
4 | Qəbələ | 34 | 48 |
5 | Zirə | 34 | 46 |
6 | Turan | 34 | 38 |
7 | Kəpəz | 34 | 30 |
8 | Sumqayıt | 33 | 28 |
9 | Səbail | 34 | 25 |
10 | Şamaxı | 34 | 24 |
№ | Komanda | o | x |
1 | Araz-Naxçıvan | 13 | 37 |
2 | EKOL | 13 | 30 |
3 | Neftçi İK | 13 | 25 |
4 | Baku Fire | 13 | 22 |
5 | Record club.az | 13 | 12 |
6 | Alyans | 13 | 12 |
7 | U-19 | 13 | 9 |
8 | Xilə | 13 | 6 |
№ | Komanda | o | x |
1 | Araz Naxçıvan | 5 | 15 |
2 | MOİK | 5 | 11 |
3 | Turan Tovuz-2 | 4 | 9 |
4 | Qəbələ-2 | 5 | 9 |
5 | Neftçi-2 | 4 | 9 |
6 | Qarabağ-2 | 5 | 7 |
7 | Zirə-2 | 4 | 7 |
8 | Şamaxı-2 | 5 | 7 |
9 | Qaradağ Lökbatan | 5 | 6 |
10 | Mingəçevir | 5 | 6 |
11 | Səbail-2 | 4 | 6 |
12 | Zaqatala | 5 | 6 |
13 | Sumqayıt-2 | 4 | 3 |