reklam
Sportfm.az xəbər saytı

""Mançester Siti" dünyanın ən yaxşı komandasıdır" -Yurgen Klopp


"Mançester Siti" dünyanın ən yaxşı komandasıdır.

Sportfm.az xəbər verir ki, bu barədə "Liverpul" klubunun baş məşqçisi Yurgen Klopp İngiltərə Premyer Liqasının 21-ci turu çərçivəsində keçiriləcək "Mançester Siti"yə qarşı oyun haqqında danışarkən bildirib.

Y.Klopp deyib: "Bizi çox çətin oyn gözləyir. "Mançester Siti" doğurdanda güclü məşqçiyə sahib olan güclü komandadır. Biz cəsarətlə hərəkət etməliyik və digər oyunlarda olduğu kimi istəkli olmayılıyıq. "Mançester Siti" dünyanın ən yaxşı komandasıdır. Bu, mənim fikrimdir".

Baş məşqçi qeyd edib ki, xalların sayı dəyişsədə, oyunlara hazırlıq dayişməz qalır: "Mən küçədə insanları görürəm, onlar normal yaşayırlar. Oğlanların oyunu onları xoşuna gəlir? Əlbətdə. Amma azarkeşlərimizin artıq qələbəni bayram etdiyini fikirləşmək hörmətsizlik olar".

Y.Klopp bildirib ki, onun komandasını qarşıda çox vacib oyun gözləyir: "Belə demək olarsa, 6 xal uğrunda mübarizənin gedəcəyi bir oyun olacaq. Bu isə rəqib üçün motivasiyadır və biz hazır olmalıyıq".

Oxşar xəbərlər

“Mançester Siti” ilin ən yaxşı komandasıdır
Dünyanın ən yaxşı 5 məşqçisi - SİYAHI
Almaniyalı İngiltərənin ən yaxşısıdır
Məhəmməd Salahın durumuna baş məşqçi aydınlıq gətirdi
“Avqustdakı oyunda fərqli bir heyvan olacağıq” - Yurgen Klopp

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər