Sportfm.az xəbər saytı
Sportfm.az xəbər saytı
AFFA cinayət hüququ üzrə mütəxəssisə səs verəcək!
UEFA prezidenti olmaq üçün namizədliyinə səs toplamağı bacarmalısan. Mişel Platininin qalmaqallı şəkildə vəzifəsindən kənarlaşdırılmasından sonra vakant qalan kresloya namizədlər bəlli idi. "Köhnə qitə”nin ali futbol qurumuna üzv olan ölkələr tədricən seçimlərini etməkdədilər. Artıq AFFA da hansı namizədə səs verəcəyini rəsmən bəyan edib. Bu, Sloveniya Futbol İttifaqının prezidenti Aleksandr Çeferindi. Çeferin ixtisasca cinayət hüququ üzrə mütəxəssisdi. O, öz soyadını daşıyan firmanın prezidentidi. UEFA-da isə bu qurumun tövsiyələrinin icraatı komissiyasının vitse-prezidenti postunu tutur. Nəzərə alsaq ki, Çeferinin namizədliyini Rusiya Futbol İttifaqı da dəstəkləyir, böyük ölçüdə bu marafondan sloveniyalının qalib ayrılacağını proqnozlaşdırmaq olar. Hər halda, ehtimal etmək olar ki, Çeferinin namizədliyini Şərqi Avropadan olan ölkələr dəstəkləyəcək. Bura MDB məkanına daxil olan ölkələrin də assosiasiyalarını əlavə etmək doğru olar. Belədə Çeferinin de-fakto UEFA-nın yeni prezidenti olacağını söyləyə bilərik. Qeyd edək ki, Çeferinlə yanaşı, UEFA prezidentliyinə daha iki namizəd var. Bu, ispaniyalı Anxel Mariya Vilyar və hollandiyalı Mixael van Praqdı. UEFA-nın yeni prezidentinin adı sentyabrın 14-də Yunanıstanın paytaxtı Afinada məlum olacaq.
Oxşar xəbərlər
AFFA dəstəkləyəcəyi namizədi müəyyənləşdirdi
İspaniyalı UEFA-nı tərk etdi
UEFA-nın yeni prezidenti məlum oldu
UEFA prezidentliyinə namizədliyini geri götürdü
UEFA prezidentliyinə namizədlər təsdiqləndi
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin














Misli Premyer Liqası