reklam
Yenə sürət, yenə qəzaya düşən futbolçu
Sportfm.az xəbər saytı

Yenə sürət, yenə qəzaya düşən futbolçu


"Bavariya"nın futbolçusu Kinqsli Koman avtoqəzaya düşüb.

Sportfm.az xəbər verir ki, Fransa yığmasının üzvü yüksək sürətlə gedərkən nəmli yolda idarəetməni itirib və maşın bordürə çırpılıb.

Ardınca 150 metr sürüşən nəqliyyat vasitəsini, nəhayət, dayandırmaq mümkün olub.

Futbolçu özü və digər şəxslər fiziki xəsarət almaslar da, avtomobilə ciddi ziyan dəyib.

Müayinə zamanı Komanın spirtli içki qəbul etmədiyi, eyni zamanda sürət həddini aşmadığı üçün oyunçu, sadəcə, qəza şəraiti yaratdığı səbəbilə cərimələnib.

Oxşar xəbərlər

Ulduz futbolçunun avtomobili tramvayla toqquşdu - FOTO
Millinin oyunçularını daşıyan avtobus qəzaya düşdü - FOTO
"Arsenal"ın futbolçusu qəzaya düşdü - FOTO
Elnur Məmmədli: "Məsələni böyütməyin"
Futbol klubunun avtobusu qəzaya uğradı - 4 nəfər həlak oldu

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər