reklam
V tur - Azərbaycan Hindistan və Almaniyaya qarşı
Sportfm.az xəbər saytı

V tur - Azərbaycan Hindistan və Almaniyaya qarşı


Bakıda keçirilən 42-ci Ümumdünya Şahmat Olimpiadasında V turun təqvimi müəyyənləşib. Sportfm.az xəbər verir ki, Bakı Şahmat Olimpiadasının mətbuat xidməti xəbər verir ki, hesabat turunda kişilərdən ibarət əsas milli komandamız Hindistanla qarşılaşacaq. 4 turdan sonra hər iki komanda itkisiz irəliləyir. İkinci komandamız Türkmənistanla, üçüncü yığmamız isə Zimbabve ilə qarşılaşacaq. Maraqlıdır ki, daha əvvəl Zimbabve əsas yığmamıza uduzub. Türkmənistan isə bu gün üçüncü millimizə qalib gəlib. Qadınlardan ibarət əsas yığmamızın rəqibi Almaniya olacaq. İkinci millimiz İspaniyanı, üçüncü komandamız isə Özbəkistanı sınağa çəkəcək. 

Qeyd edək ki, üçüncü turda qadınlardan ibarət ikinci komandamız Almaniya ilə heç-heçə oynayıb.

Oxşar xəbərlər

ABŞ və Çin Bakı Şahmat Olimpiadasının qalibi oldu
Bakı Şahmat Olimpiadasında son tur
X turun təqvimi - Azərbaycan İngiltərə və Kolumbiyaya qarşı
Bakı Şahmat Olimpiadası - V turun hesabatı
IV TUR - Azərbaycan Rumıniyaya rəqib olacaq

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər