reklam
Tokioda 2020-nin büdcəsi 12,6 milyard dollar olacaq
Sportfm.az xəbər saytı

Tokioda 2020-nin büdcəsi 12,6 milyard dollar olacaq


Tokioda 2020-ci ildə keçiriləcək Yay Olimpiya Oyunlarının ümumi büdcəsi bəzi maddələrdə xərclərin azaldılmasından və digərlərində artırılmasından sonra eyni məbləğdə - 12,6 milyard dollar səviyyəsində qalacaq.

Sportfm.az xəbər verir ki, bu barədə Olimpiadanın təşkilat komitəsinin rəsmi saytında məlumat verilir.

Xatırladaq ki, təşkilatçılar məsrəflərin azaldılmasına ilkin qiymətləndirmə ilə müqayisə zamanı ərizələr daxil olduqdan sonra xərclərin dörd dəfə artacağı meydana çıxanda başlayıblar. Dekabrın 21-də elan edilən məbləğ ötən ilki layihə ilə üst-üstə düşür.

Hazırda Oyunların xərclərinin strukturu aşağıdakı kimidir - Tokio hökuməti -5,6 milyard dollar, Yaponiya hökuməti 1,4 milyard dollar və təşkilat komitəsi - 5,6 milyard dollar. Yapon sponsorlar tərəfindən müqavilə əsasında daxil ediləcək ümumi gəlir 3 milyard dollaradək artıb.

“Tokio 2020” Olimpiadası 2020-ci il iyulun 24-dən avqustun 9-dək keçiriləcək.

Oxşar xəbərlər

Dünyanın ən bahalı klubları - “Forbes” açıqladı
Tokio-2020 xərcləri açıqlandı - 15,4 milyard
Dünyanın ən bahalı klubları - "Real" 6-cıdır
Olimpiadanın xərclərini azaltdılar - 4,3 milyard dollar
Tokio olimpiada xərclərini azaldır

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər