Aleksey İsyaevin "bazarı" qızışır
Mövsümün ilk yarısında 12 xal toplayan və ölkə kubokunun 1/4 final mərhələsində "Neftçi"ni mübarizədən kənarlaşdıran "Sumqayıt" qış fasiləsində heyətini qorumağa və gücləndirməyə çalışacaq.
Sportfm.az xəbər verir ki, komandanın liderlərindən biri olan Aleksey İsayevin elçiləri çoxalıb. Bir neçə iddialı klubun hədəfində olan futbolçunun "Sumqayıt"la 1,5 illik müqaviləsi mövcuddur. Bu səbəbdən də 23 yaşlı futbolçunu transfer etmək istəyən klub "gənclik şəhəri" təmsilçisinə təzminat ödəməlidir. "Transfermarkt"da Azərbaycan vətəndaşlığı olan futbolçunun qiyməti 360 min avro göstərilir və o, klubun ən bahalı oyunçusu statusuna sahibdir. "Sumqayıt" komandanın onurğa sütunu ilə qışda vidalaşmaq niyyətində deyil.
Qeyd edək ki, “Yenisey”in yetirməsi olan Aleksey İsayev 2014-cü ildə Krasnoyarsk təmsilçisinin əsas heyətinə yüksəlib. 2016-cı ilə qədər “Yenisey”in şərəfini qoruyan yarımmüdafiəçi 35 oyunda 3 qola imza atıb. 2016-cı isə “Zenit”ə transfer olunan futbolçu komandanın əvəzedici heyətində 24 matçda forma geyinib. Ötən mövsümü isə icarə əsasında yetirməsi olduğu “Yenisey”də keçirmiş İsayev Krasnoyarsk təmsilçisinin heyətində 25 qarşılaşmada 2 qol vurub və komandası ilə birlikdə Rusiya Premyer Liqasına yüksəlib. İsayev yayda "Sumqayıt"la iki ilik müqavilə bağlayıb.
Oxşar xəbərlər
Aleksey İsayev "Qarabağ"da - RƏSMİ
Millimizin futbolçusu "Sabah"da
Yığmamızın üzvünə Rusiyadan təklif gəldi, "Sumqayıt"dan ayrıldı
"Sumqayıt" "Zenit"in futbolçusunu transfer etdi - FOTO
"Zenit"in futbolçusu Azərbaycan klubunda
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
“DH Volley” komandası voleybol meydançası inşa etdi - FOTO
-
AFFA-dan maliyyə menecerləri üçün seminar
-
Azərbaycan millisi Rusiyaya rəqib oldu - UEFA İnkişaf Turniri
-
Günün canlı yayımlanacaq qarşılaşmaları - TV AFİŞA
-
Qızlarımız yenə məğlub oldu - Avropa Çempionatı
-
Hidayət Heydərov finalda uduzdu - Avropa çempionatı















Misli Premyer Liqası