

"Liverpul"la "Tottenhem" 1/8 finalda, "Qalatasaray" Avroliqada
Çempionlar Liqasında qrup mərhələsinin 6-cı turunun oyunlarına start verilib.
Sportfm.az xəbər verir ki, ilk oyun günündə 8 görüş keçirilib.
Türkiyə təmsilçisi "Qalatasaray" öz meydanında "Portu"nu qəbul edib. "Sarı-qırmızılar" qələbə qazanacağı təqdirdə, Avropa Liqasına vəsiqəni təmin edəcəkdi. Lakin İstanbul klubu bu görüşdə məğlub olsa belə, Avroliqaya vəsiqəni təmin edib. Buna qrupun digər matçında "Lokomotiv"in "Şalke" ilə səfər oyunundan məğlub olması şərait yaradıb.
B qrupunda "Barselona" "Tottenhem"i sınağa çəkib. London təmsilçisi bu matçda qələbə qazanacağı təqdirdə, növbəti mərhələyə yüksələcəkdi. "Barsa" isə artıq bu işin öhdəsindən gəlmişdi. Qrupun digər matçında "İnter" PSV ilə qarşılaşıb. Hər iki oyun 1:1 hesabıyla başa çatıb. Nəticədə, "Barselona" və "Tottenhem" 1/8 finala yüksəlibsə, "İnter" Avropa Liqasına vəsiqə ilə kifayətlənib.
Günün maraqla gözlənilən qarşılaşması C qrupunda olub. "Liverpul" "Napoli" ilə münasibətlərinə aydınlıq gətirib. "Liverpul"u bu görüşdə yalnız qələbə qane edirdi. Liverpullular minimal hesabla qalib gəlməklə istəklərinə çatıblar. Qrupun digər matçında PSJ səfərdə "Srvena Zvezda"ya qalib gəlib. Yekunda PSJ və "Liverpul" növbəti mərhələyə yüksəlib, "Napoli" isə Avroliqaya yollanmaq məcburiyyətində qalıb.
Çempionlar Liqası qrup mərhələsi, 6-cı tur
11 dekabr
D qrupu
Qalatasaray (Türkiyə) - Portu (Portuqaliya) 2:3
Qol: Fequli, 45-pen. E.Derdiyok, 65 - Felipe, 17. Mareqa, 42-pen. Oliveyra, 57.
Şalke (Almaniya) - Lokomotiv (Moskva, Rusiya) 1:0
Qol: Şöpf, 90.
A qrupu
Monako (Fransa) - Borussiya (Dortmund, Almaniya) 0:2
Qol: R.Gerrero, 15; 88.
Brügge (Belçika) - Atletiko (Madrid, İspaniya) 0:0
B qrupu
İnter (İtaliya) - PSV (Eyndhoven, Hollandiya) 1:1
Qol: İkardi, 73 - Lozano, 13.
Barselona (İspaniya) - Tottenhem (İngiltərə) 1:1
Qol: Dembele, 7 - Moura, 85.
C qrupu
Srvena Zvezda (Serbiya) - PSJ (Fransa) 1:4
Qol: Qobelyiç, 56 - Kavani, 10. Neymar, 40. Markinyos, 74. Mbappe, 90.
Liverpul (İngiltərə) - Napoli (İtaliya) 1:0
Qol: Salah, 34.
Bombardir: Robert Levandovski (Bavariya), Lionel Messi (Barselona) - 6 qol.
Oxşar xəbərlər
Çempionlar Liqası: "Qalatasaray" qrupda qaldı
"Liverpul" uduzdu, "Barselona" "İnter"lə, "Napoli" PSJ ilə bərabərə qaldı
Çempionlar Liqasının qrup mərhələsində IV tura start veriləcək
Çempionlar Liqasında qrup mərhələsinə start verildi - NƏTİCƏLƏR
Çempionlar Liqasında qrup mərhələsinin təqvimi açıqlandı
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin