

Çempionlar Liqasının qrup mərhələsində IV tura start veriləcək
Bu gün futbol üzrə Çempionlar Liqasının qrup mərhələsində IV tura start veriləcək.
Sportfm.az xəbər verir ki, ilk oyun günündə 8 qarşılaşma baş tutacaq.
Türkiyənin turnirdəki yeganə təmsilçisi "Qalatasaray" səfərdə Almaniyanın "Şalke" komandası ilə üz-üzə gələcək. Bu komandalar arasında Türkiyədə baş tutan matç qolsuz bərabərliklə başa çatıb.
Günün mərkəzi qarşılaşması İtaliyada təşkil olunacaq. "İnter" doğma azarkeşlər önündə İspaniya "Barselona"sı ilə münasibətlərə aydınlıq gətirəcək. Kataloniya təmsilçisi III tur matçında rəqibini 2:0 hesabı ilə üstələyib.
Günün digər maraqla gözlənilən görüşü isə İtaliyanın Neapol şəhərində olacaq. "Napoli" Fransa PSJ-sinin müqavimətini qırmağa çalışacaq. Komandalar arasında Fransada oynanılan matçda qalib müəyyənləşməyib -2:2.
6 noyabr
Çempionlar Liqası, IV tur
A Qrupu
21:55.Monako" (Fransa) - "Brügge" (Belçika)
00:00.Aletiko" (Madrid, İspaniya) - "Borussiya" (Dortmund, Almaniya)
Xal durumu: "Borussiya" - 9, "Atletiko" - 6, "Monako" - 1, "Brügge" - 1.
B Qrupu
00:00."İnter" (İtaliya) - "Barselona" (İspaniya)
00:00."Tottenhem" (İngiltərə) - PSV (Eyndhoven, Hollandiya)
Xal durumu: "Barselona" - 9. "İnter" - 6. PSV - 1, "Tottenhem" - 1.
C qrupu
21:55."Srvena Zvezda" (Serbiya) - "Liverpul" (İngiltərə)
00:00. "Napoli" (İtaliya) - PSJ (Fransa)
Xal durumu: "Liverpul" - 6, "Napoli" - 5, PSJ - 4, "Srvena Zvezda" - 1.
D qrupu
00:00."Şalke" (Almaniya) - "Qalatasaray" (Türkiyə)
00:00."Portu" (Portuqaliya) - "Lokomotiv" (Moskva, Rusiya)
Xal durumu: "Portu" - 7, "Şalke" - 5, "Qalatasaray" - 4, "Lokomotiv" - 0.
Oxşar xəbərlər
"Qalatasaray" "Real Madrid"lə qarşılaşacaq - AFİŞA
Çempionlar Liqası: "Qalatasaray" qrupda qaldı
"Liverpul" uduzdu, "Barselona" "İnter"lə, "Napoli" PSJ ilə bərabərə qaldı
Bu gün UEFA Çempionlar Liqasında qrup mərhələsinə start veriləcək
Çempionlar Liqasında qrup mərhələsinin təqvimi açıqlandı
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Azarkeşlərinə ekspres avtobuslar ayırdı - “Neftçi”dən jest
-
Pley-off mərhələsinin püşkü atıldı - Region Liqası
-
“Qalatasaray” futbolçusu ilə yeni müqavilə imzaladı
-
AFFA-nın baş katibi səfirlə görüşdü
-
Günün canlı yayımlanacaq qarşılaşmaları - TV AFİŞA
-
"Qarabağ" – "Araz-Naxçıvan" matçının hakimləri məlum oldu - Azərbaycan Kuboku