reklam
Elşad Əhmədov:
Sportfm.az xəbər saytı

Elşad Əhmədov:"Rəqib həvəsdən düşdü"


"İlk dəqiqələrdən hesabı açmağımız bizə rahat oynamağa kömək oldu. Fərqi 2 topa çatdırandan sonra, rəqib tamamilə həvəsdən düşdü". 

Sportfm.az-ın PFL-in rəsmi saytına istinadən yaydığı xəbərə görə, bu sözləri "Sabah"ın baş məşqçisi Elşad Əhmədov ölkə kubokunun 1/8 final mərhələsinin "Ağsu" ilə oyunundan sonra keçirilən mətbuat konfransında deyib. Gənc mütəxəssis səfərdə 3:0 hesabı ilə qalib gəldikləri qarşılaşma ilə bağlı fikirlərini açıqlayıb: 

"Birinci hissə bizim üçün daha ağır oldu. İkinci yarıda əsasən gənc oyunçulara üstünlük verdim. “Ağsu”ya divizion oyunlarnda uğurlar arzu edirəm". 

Qeyd edək ki, "Sabah" 1/4 finalda "Qəbələ" ilə üz-üzə gələcək. Komandalar arasında ilk oyun dekabrın 16-da, cavab görüşü isə həmin ayın 20-də keçiriləcək.

Oxşar xəbərlər

"Komandam layiqli qələbə qazandı" - Elmar Baxşıyev
"Fasilədən sonra ilk oyun çətin olur” - Tərlan Əhmədov
"Hücumçuya ehtiyacımız var" - Elşad Əhmədov
"Bu transfer hələ rəsmiləşməyib" - Elşad Əhmədov
Qurban Qurbanov: "Bu gün futbolçularımın istəkli olması vacib idi"

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər