reklam
Klubların maliyyə hesabatlarını açıqlamalı olduqları tarix müəyyənləşdi
Sportfm.az xəbər saytı

Klubların maliyyə hesabatlarını açıqlamalı olduqları tarix müəyyənləşdi


Azərbaycanın futbol klublarının illik maliyyə hesabatını açıqlayacaqları tarix bəlli olub.

Sportfm.az xəbər verir ki, bu barədə AFFA-nın baş katibinin müavini Sərxan Hacıyev məlumat verib. O, bildirib ki, klublar bunu 2019/2020 mövsümü üçün lisenziyalaşdırma prosesinin sonunda – gələn il martın ortalarına qədər etməlidirlər: “Klublar özlərinin və ya AFFA-nın rəsmi saytı vasitəsilə illik maliyyə hesabatlarını açıqlamalıdırlar. Bu, lisenziyalaşdırma prosedurunun A meyarıdır və mütləq yerinə yetirilməlidir. Klublar gələn ilin martında 2018-ci ilin hesabatını təqdim etməlidirlər”.

Milli assosiasiya rəsmisinin sözlərinə görə, hesabatın hansı meyarlar üzrə olacağı hələlik dəqiqləşməyib. S.Hacıyev bununla bağlı UEFA-dan məlumat gözlədiklərini söyləyib: “Hesabatda konkret nələrin göstərilməli olduğu dəqiqləşməyib. Məsələn, konkret olaraq əmək haqqlarının göstərilməli olduğunu bilmirik. Bununla bağlı UEFA-dan məktub gözləyirik. Həmin meyarlar bizə təqdim edildikdən sonra AFFA İcraiyyə Komitəsinin bu ay üçün nəzərdə tutulan iclasında təsdiqlənməlidir”.

Qeyd edək ki, Klublar Komitəsinin dekabrın 4-də baş tutan iclasında illik maliyyə hesabatının açıqlanması məsələsi də müzakirə olunub.

Oxşar xəbərlər

AFFA-dan klublar üçün seminar - ONLAYN
Klublar Komitəsinin növbəti iclası keçirildi
UEFA Bakı klubuna lisenziya verdi
AFFA "Qarabağ" üçün yeniliklər etdi
UEFA nümayəndəsi Bakıda

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər