Komandamızın baş məşqçisi söz verdi
22-25 noyabrda Ukraynanın Zaparojye şəhərində 2002-2003 təvəllüdlü qızlar arasında EEVZA çempionatı keçiriləcək.
Sportfm.az xəbər verir ki, komandamızın baş məşqçisi Adnan Kistak səfər öncəsi fikrini açıqlayıb:
“Komandamız son məşqlərini keçirir. Qızlarımız ilk görüşə 22 noyabr tarixində çıxacaq. Bu, onların beynəlxalq yarışda ilk iştirakı olacaq. Artıq 3 aydır ki, komandamız bu yarışa hazırlaşır.
Əsas məqsədimiz, yayda Bakıda U-19 milli voleybolçuların festivalında qızlarımızın daha yaxşı formada olmasıdı. Ona görə də bu yarışda qızların daha inamlı oynamalarına kömək etməliyik ki, gənclərimiz təcrübə toplasınlar.
Bildiyimiz ki, oyunçu keçirdiyi oyunlarla təcrübəsini artırır,məşqlər zamanı isə oyunçu öz səhvlərini düzəldir.
EEVZA çempionatında rəqiblərimiz Ukrayna, Belarus, Polşa, Estoniya milliləridir. Mən də bir baş məşqçi kimi komandamızın yaxşı oyun nümayiş etdirməsi üçün əlimdən gələni edəcəm”.
Oxşar xəbərlər
Eldar Zülfüqarov EEVZA çempionatında - Təyinat
Daha bir millimiz EEVZA-nın çempionatına qatılacaq
Yığmamız ilk görüşdə Ukraynaya yenildi
Voleybolçularımız EEVZA çempionatında çıxış edəcəklər
Yığmamız Estoniya, Polşa və Ukrayna ilə oynayacaq
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin















Misli Premyer Liqası