İdmançılarımız dünya çempionatında uğurla çıxış etdi -FOTO
Azərbaycan idmançıları Rusiyanın Medin şəhərində universal döyüş üzrə dünya çempionatında uğurla çıxış ediblər.
Sportfm.az xəbər verir ki, idmançılarımız klassik və layt versiyaları üzrə mübarizə aparıblar.
Əlli səkkiz ölkədən 350-dək idmançının qatıldığı dünya çempionatında klassik versiyada 80 kiloqram çəki dərəcəsində mübarizə aparan Nicat Əliyev bütün rəqiblərinə qalib gələrək fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. Millimizin digər üzvləri Asif Səmədli (90 kq) gümüş, Fərid Hüseynov (65 kq), Orxan Qurbanov (75 kq) və Mehman Hüseynov (85 kq) bürünc medala sahib olublar.
Layt versiyada isə Orxan Şükürov (75 kq) çempionatı ikinci, Əli Həsənli (80 kq) və Namiq Əlizadə (90 kq) üçüncü pillədə başa vurublar.
Millimiz turnirdə Əməkdar məşqçi Elşən İsmayılovun rəhbərliyi altında mübarizə aparıb.
Oxşar xəbərlər
Azərbaycan kapoeyraçıları Estoniyada uğurla çıxış etdi - FOTO
Savatçılarımız beynəlxalq turnirdə 2 qızıl medal qazandı - FOTO
Cüdoçularımız Avropa çempionatının ilk günündə 4 medal qazandı
İdmançılarımız dünya çempionatında 13 medal qazandılar
İdmançılarımız Avropa çempionatında altı medal qazanıblar
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin















Misli Premyer Liqası