"Futbolçulara dedim ki, savaşın" -Bernard Şalland
"Hər şey çox əladı, çünki vacib qələbə qazandıq. Bu, çox əhəmiyyətli idi. Böyük fərqlə qazandığımız üçün sevinirəm. C Liqasına və pley-offa yüksəldik, buna görə xoşbəxtik. Bizim komanda daha möhtəşəm işlər görə bilər. Oyundan öncə "savaşın, ürəklə oynayın" demişdim. Onlardan razı qaldım. Kosovo üçün tarixi nəticə qazanmışıq".
Sportfm.az xəbər verir ki, bu sözləri UEFA Millətlər Liqasının D Liqasının 3-cü qrupunun sonuncu turunda yığmamızı 4:0 hesabı ilə məğlub edən Kosovonun baş məşqçisi Bernard Şalland deyib. İsveçrəli mütəxəssis qələbəni şərh edib:
"Hər kəs yaxşı iş gördü. Hücumçularımız, yarımmüdafiəçilərimiz və ən vacib onu qeyd edim ki, müdafiə xəttimiz bu gün çox əla iş ortaya qoya bildi. Xəttlərarası əlaqəmiz əla idi. Bu, qalib gələn komandanın ağıllı oynamasının göstəricisi idi. Getdikcə daha da böyüyürük. Start heyətdə Ariyanet Muriçə şans verməklə risk etdim. Qərar vermək mənə məxsusdu. Uykani də əla qapıçıdı, amma Muriç də gələcəyin ən yaxşılarından biri olacaq".
Oxşar xəbərlər
"Azərbaycanla qarşılaşma final olacaq" - Bernard Şalland
"Qrupda ən yaxşı komanda olduğumuzu deyirlər" - Bernard Şalland
"Azərbaycan millisi aqressiv və güclü komandadır" - Kosovonun baş məşqçisi
Kosovonun baş məşqçisi: "Azərbaycana qalib gəlməliyik"
Yığmamızın rəqibi "Mançester Siti"nin futbolçusunu milliləşdirdi
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin















Misli Premyer Liqası