reklam
Kosovonun baş məşqçisi:
Sportfm.az xəbər saytı

Kosovonun baş məşqçisi:"Azərbaycana qalib gəlməliyik"


Millətlər Liqasının qrup mərhələsində sentyabrın 7-də Azərbaycanın qonağı olacaq Kosovo millisinin baş məşqçisi Bernard Şalland ölkəsinin mətbuatına açıqlama verib. 

Sportfm.az xəbər verir ki, 67 yaşlı mütəxəssis yığmamızı məğlub etmək istədiklərini bildirib: 

"Bu yarışda daha çox qələbə qazanmalıyıq. Buna ilk görüşümüzdən başlamalıyıq və qalib gəlməliyik. İlk matçdakı qələbə futbolçulara özünəinam verəcək. Uğur qazansaq, millimizi seçən futbolçular doğru komandada olduqlarını anlayacaq". 

Şalland heyətdəki itkilərdən danışıb: "Valon Berişa olduqca ciddi itkidir. Onsuz yarışa start vermək çox pis olacaq. Besar Halimi də Azərbaycana qarşı oynamayacaq. Amma onu əvəz edəcək vinqerlər var. Halimi Farer adaları ilə görüşə hazır olacaq". 

İsveçrəli mütəxəssis "Haddersfild Taun"un müdafiəçisi Floran Haderdjonajın milliləşdirilməsi məsələsi ilə bağlı fikirlərini bölüşüb: "Floranı yaxşı başa düşürəm. İsveçrə millisində oynamaq istəyir. DÇ-2018-dən sonra İsveçrə millisində daha çox oynayacağını düşündü. Amma onun mövqeyində güclü rəqabət var və heç dəvət də almayıb. İndi öz karyerası ilə bağlı qərarı özünə məxsusdur. Bəli, o, İsveçrə millisində 1 dəfə yoldaşlıq görüşü keçirib. Lakin yenə də qərar özünün olacaq". 

Qeyd edək ki, Azərbaycan - Kosovo oyunu sentyabrın 7-də, Bakı Olimpiya stadionunda keçiriləcək.

Oxşar xəbərlər

"Futbolçulara dedim ki, savaşın" - Bernard Şalland
"Azərbaycanla qarşılaşma final olacaq" - Bernard Şalland
"Qrupda ən yaxşı komanda olduğumuzu deyirlər" - Bernard Şalland
Bernard Şalland: "Bu, Azərbaycanla oyunda əsas silahımız ola bilər"
"Azərbaycan millisi aqressiv və güclü komandadır" - Kosovonun baş məşqçisi

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər