reklam
Sportfm.az xəbər saytı

"Hər şeyə sonda baxarıq” -Tərlan Əhmədov


“Keşlə”nin baş məşqçisi Tərlan Əhmədovun müshaibə verib.
Sportfm.az həmin müsahibəni təqdim edir.
- Fasilə ərəfəsində hazırlıq necə gedir?
- Dörd futbolçumuz yığma komandadadı. Onlarsız hazırlaşırıq. Ehtiyatda olan və əvəzedicilərdən dəvət etdiyimiz futbolçularla “Qaradağ Lökbatan”a qarşı oynadıq. Sabahdan “Qəbələ” ilə oyunun hazırlıqlarına başlayacağıq.
- Fasilə komandaya faydalı olacaqmı?
- O faydanı heç kim deyə bilməz. Hər komandada oyun problemləri var. Bu fasilədən də çalışırıq ki, səmərəli istifadə edək. Yəqin ki, xeyrimizə olan amil olar. 
- Kamran Ağayev zədə səbəbindən millidən kənarda qaldı. Davud Kəriminin isə atası vəfat edib. “Keşlə” qapıçı problemi ilə üz-üzə qalıb. Bu durumu necə çözəcəksiniz?
- Həyatda heç kim heç nədən sığortalanmayıb. Hamının borcudu ki, milli komandaya futbolçu versin. Əlbəttə, Kamran həm yığma, həm də bizim üçün ciddi itkidi. Allah Davudun atasına rəhmət eləsin. Əlimizdə nə olsa, istifadə edəcəyik. Belə şeylərə hazır olmalıyıq. Həyatda zədələr və itkilər qaçılmazdı.
- Şahin Zəkiyevi Premyer Liqaya hazır qapıçı kimi görürsünüz?
- Hələ məsələni o dərəcədə fikirləşmirəm. Kamranın zədəsinin nə qədər ciddi olduğunu və Davudun həyata necə baxdığını bilmirəm. Əlimizdə nə olsa, onu edəcəyik. Lazım gəlsə, qapı Şahinə həvalə olunacaq.
- Avropa səhnəsinə ən qısa yol kubokdan keçir. “Keşlə” 1/8 finalda “Şüvəlan”ı keçsə “Qarabağ”la qarşılaşacaq. Tanış komandaların rəqib olması sizin üçün necə mənzərədi?
- Bəli, kubokdan yol qısadı. Elə bir komanda yoxdu ki, məğlubedilməz olsun. Çempionatda tez-tez üz-üzə gəlirik. Rəqiblərə hörmətlə yanaşırıq. İstəyirik ki, hər iki cəbhədə uğurlu çıxış edək. Premyer Liqada üst yerlərə qalxmaq və kubokda bacardığımız qədər irəli getmək istəyirik. Bizim oyunlar göstərir ki, kollektiv olaraq, heç kimdən zəif deyilik. “Şüvəlan” da rəqibdi, onlara hörmətlə yanaşırıq. 
- Ötən il “Neftçi”yə gedəndə komanda çətin vəziyyətdə idi. Bu mövsüm “Keşlə”də də belə haldı. Bu durum sizi motivasiya edir?
- Baş məşqçi o vaxt motivasiyalı olar ki, komandası liderlər qrupunda qərarlaşsın. Çalışırıq ki, komandanı bu vəziyyətdən çıxaraq. Hər bir işdə motivasiya olmalıdı. Bu olmasa, işlər yolunda getməz, nəticə olmaz. Özüm şən və yaxşı əhval-ruhiyyədə oluram ki, komandaya da pozitivlik keçsin. Özümü necə motivasiya edirəmsə, komandaya ikiqat təsir edirəm. Çünki biz bu yerə layiq deyilik.
- Avropa səhnəsinə ən qısa yol kubokdan keçir. “Keşlə” 1/8 finalda “Şüvəlan”ı keçsə “Qarabağ”la qarşılaşacaq. Tanış komandaların rəqib olması sizin üçün necə mənzərədi?
- Bəli, kubokdan yol qısadı. Elə bir komanda yoxdu ki, məğlubedilməz olsun. Çempionatda tez-tez üz-üzə gəlirik. Rəqiblərə hörmətlə yanaşırıq. İstəyirik ki, hər iki cəbhədə uğurlu çıxış edək. Premyer Liqada üst yerlərə qalxmaq və kubokda bacardığımız qədər irəli getmək istəyirik. Bizim oyunlar göstərir ki, kollektiv olaraq, heç kimdən zəif deyilik. “Şüvəlan” da rəqibdi, onlara hörmətlə yanaşırıq.
- Ötən il “Neftçi”yə gedəndə komanda çətin vəziyyətdə idi. Bu mövsüm “Keşlə”də də belə haldı. Bu durum sizi motivasiya edir?
- Baş məşqçi o vaxt motivasiyalı olar ki, komandası liderlər qrupunda qərarlaşsın. Çalışırıq ki, komandanı bu vəziyyətdən çıxaraq. Hər bir işdə motivasiya olmalıdı. Bu olmasa, işlər yolunda getməz, nəticə olmaz. Özüm şən və yaxşı əhval-ruhiyyədə oluram ki, komandaya da pozitivlik keçsin. Özümü necə motivasiya edirəmsə, komandaya ikiqat təsir edirəm. Çünki biz bu yerə layiq deyilik. (Sportal.az)

Oxşar xəbərlər

"Biz necə komanda olduğumuzu bilirik" - "Neftçi"nin baş məşqçisi
“Bir qram da vicdan əzabı çəkmirik” - Təmkin Xəlilzadə
"Mən ona sübut edəcəyəm ki, milli komandaya layiqəm" - Ruslan Qurbanov
Tərlan Əhmədov:"Bu insanı kiçildir"
"Avroliqanın 5 qat qalibinə qarşı oynamaq motivasiya olacaq" - Kamran Quliyev

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər