Vəli Qasımovun yubileyində 10 qol
Azərbaycan futbolunun istedadlı nümayəndələrindən biri, zəngin futbolçu karyerasına malik, Ukrayna, Rusiya, İspaniya və Portuqaliyada uğurlu legioner karyerasına malik olmuş, 1992-ci il Rusiya çempionatının bombardiri, 2019-cu ildə Bakıda keçiriləcək UEFA Avropa Liqası turnirinin final qarşılaşmasının səfiri kimi fəaliyyət göstərən Vəli Qasımovun 50 illik yubileyinə həsr olunmuş yoldaşlıq oyunu keçirilib.
Sportfm.az xəbər verir ki, “Bayıl Arena”da baş tutan qarşılaşmada Azərbaycan futbol veteranları ilə vaxtilə Vəli Qasımovla müxtəlif ölkələrdə və klublarda birlikdə çıxış etmiş əcnəbi veteran futbolçular üz-üzə gəlib. Yerli komandaya Kazbek Tuayev, qonaqlara isə Valeri Qazzayev rəhbərlik edib. Oyun 5:5 hesabı ilə yekunlaşıb.
Azərbaycan komandasının heyətində Samir Ələkbərov dubl edibsə, digər qollara Vəli Qasımov, Yunis Hüseynov və Tərlan Əhmədov imza atıblar.
İkinci hissəni əcnəbi veteranların heyətində keçirən Qasımov bu dəfə daha iki dəfə fərqlənib. Həmçinin, Valeri Şmarov da dubl edib. Əcnəbilərin heyətində digər qolun müəllifi isə İqor Kolıvanov olub.
Oxşar xəbərlər
Bakıya gələn deputat prezident olmaq istəmədi!
Yubileyə həsr olunmuş yoldaşlıq oyunu keçiriləcək
Rövnəq Abdullayev Vəli Qasımovu təbrik etdi - FOTO
Azərbaycan futbolunun canlı əfsanəsi 50 yaşında - FOTO
Tahir Süleymanov oyun idarə etdi, Maşallah Əhmədov qol vurdu - FOTO
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin















Misli Premyer Liqası