Sportfm.az xəbər saytı
Sportfm.az xəbər saytı
Yubileyə həsr olunmuş yoldaşlıq oyunu keçiriləcək
Azərbaycan futbolunun istedadlı nümayəndələrindən biri, zəngin futbolçu karyerasına malik, Ukrayna, Rusiya, İspaniya və Portuqaliyada uğurlu legioner karyerasına malik olmuş, 1992-ci il Rusiya çempionatının bombardiri, 2019-cu ildə Bakıda keçiriləcək UEFA Avropa Liqası turnirinin final qarşılaşmasının səfiri kimi fəaliyyət göstərən Vəli Qasımovun 50 illik yubileyinə həsr olunmuş yoldaşlıq oyunu keçiriləcək.
Sportfm.az xəbər verir ki, yoldaşlıq oyununda Azərbaycan futbol veteranları vaxtilə Vəli Qasımovla müxtəlif ölkələrdə və klublarda çiyin-çiyinə çıxış etmiş əcnəbi veteran futbolçularla üz-üzə gələcək. Yerli veteranlar komandasının baş məşqçisi Kazbek Tuayev, əcnəbilərdən ibarət komandanın çalışdırıcısı isə Valeri Qazzayev olacaq. Qarşılaşma noyabrın 15-də, saat 17:00-da Bayıl stadionunda keçiriləcək.
Oxşar xəbərlər
Bakıya gələn deputat prezident olmaq istəmədi!
Vəli Qasımovun yubileyində 10 qol
Rövnəq Abdullayev Vəli Qasımovu təbrik etdi - FOTO
100 illik yubileyə həsr olunmuş oyun FIFA referisinə həvalə olundu
Riad Rəfiyev Elxan Məmmədovla bir komandada - 100 illik yubileyə həsr olunmuş yoldaşlıq oyunu
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin















Misli Premyer Liqası