reklam
UEFA
Sportfm.az xəbər saytı

UEFA "Vorskla" və "Qarabağ" klublarına qarşı intizam işinə başladı


UEFA-nın Nəzarət, Etika və İntizam Komitəsi Ukraynada noyabrın 8-də "Vorskla" və "Qarabağ" arasında keçirilmiş Avropa Liqasının IV tur matçından sonra hər iki kluba qarşı intizam araşdırmalarına başlayıb.

Sportfm.az xəbər verir ki, iş eyni maddə - "Meydana əşyaların atılması və fişənglərin yandırılması" üzrə açılıb. Məsələyə dekabrın 13-də baxılacaq. Bu isə o deməkdir ki, İngiltərə "Arsenal"ı ilə noyabrın 29-da Poltavadakı Aleksey Butovski adına stadionda keçirəcəyi V tur qarşılaşmasını "Vorskla" azarkeşlərinin izləmələrinə heç bir məhdudiyyət qoyulmayacaq.

Qeyd edək ki, "Qarabağ"la ev oyununun 50-ci dəqiqəsində Ukrayna klubunun fanatları fişənglər yandıraraq, meydana atıblar. Bu səbəbdən, görüş 4 dəqiqə dayandırılıb. 65-ci dəqiqədə isə eyni hal azərbaycanlı tərəfdarların olduğu sektorda yaşanıb. Bu dəfə isveçrəli baş hakim Sandro Şörer komandaları paltardəyişmə otağına göndərib. Görüş 8 dəqiqə sonra bərpa olunub. 

Oxşar xəbərlər

UEFA "Qarabağ"a intizam işi açdı
UEFA "Qarabağ"a qarşı intizam işi açdı
UEFA "Qarabağ"ı cərimələdı
UEFA dediyindən döndü - "Vorskla" - "Arsenal" matçının yeri dəyişdirildi
"Vorskla" "Qarabağ"la ev oyunu üçün satışa ucuz biletlər çıxardı

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər