reklam
Sportfm.az xəbər saytı

"Vorskla" "Qarabağ"la ev oyunu üçün satışa ucuz biletlər çıxardı


Ukraynanın "Vorskla" klubunun "Qarabağ"la Avropa Liqasında keçirəcəyi ev oyununu xeyli aşağı məbləğə izləmək olar.

Sportfm.az xəbər verir ki, satışa biri 50 qrivnaya (təqribən 3 manat) olan biletlər çıxarılıb. Həmin biletlər 25 - 30-cü sektorlar (qapı arxası) üçündür.

Halbuki, "Vorskla"nın noyabrın 29-da İngiltərə "Arsenal"ı ilə keçirəcəyi qrupdakı son ev oyununun biletləri 200 - 350 qrivnayadır. Daha əvvəl Portuqaliya "Sportinq"i ilə görüşü endirimlə 100 qrivnaya izləmək mümkün olub. Oktyabrın 20-də Kiyev "Dinamo"su ilə nəzərdə tutulan Ukrayna çempionatı qarşılaşmasına isə bileti 20 - 60 qrivnaya almaq mümkündür.

Qeyd edək ki, noyabrın 8-də Poltavada Aleksey Butovski adına stadionda keçiriləcək "Vorskla" - "Qarabağ" matçı Bakı vaxtı ilə saat 24:00-da başlanacaq.     

Oxşar xəbərlər

"Qarabağ" - "Linfild" oyununun biletləri satışa çıxarıldı
UEFA dediyindən döndü - "Vorskla" - "Arsenal" matçının yeri dəyişdirildi
"Vorskla" - "Qarabağ": son məşqlərin vaxtı açıqlandı
"Qarabağ"ın "Vorskla" və "Sportinq"lə oyunlarının biletləri satışda - QİYMƏTLƏR
"Vorskla" - "Qarabağ" matçının biletləri satışda - Qiymətlər də açıqlandı

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər