reklam
AFFA futbolun inkişafı ilə bağlı fond yaratdı
Sportfm.az xəbər saytı

AFFA futbolun inkişafı ilə bağlı fond yaratdı


Azərbaycan Futbol Federasiyaları Assosiasiyası (AFFA) futbolun inkişafı ilə bağlı fond yaradıb. Sportfm.az xəbər verr ki, bu haqda AFFA pezidenti Rövnəq Abdullayev İcraiyyə Komitəsinin iclasından sonra keçirdiyi brifinqdə bildirib. O, fondun yaradılma səbəbini belə izah edib: "Biz klublara az-çox kömək edirik. Ancaq AFFA-nın bunu etməsi düz alınmır. Ona görə də şəffaf şəkildə belə bir fond yaratmağı qərara aldıq. Bu, AFFA-nın təsisçiliyi ilə yaranıb. Düşündük ki, klublar istədiyi maddi köməyi bu fonda edə bilərlər. Məqsəd odur ki, sponsorlardan gələn pullar, gəlirlər fonda toplansın və onun bölüşdürülməsini şəffaf şəkildə həyata keçirsin".

R.Abdullayevin fikrincə, bu proses optimallaşmaya imkan verəcək: "Sponsorlar gələn kimi dərhal Premyer Liqada oynamaq istəyirlər. Hələ bir I Diviziondan başlayın siz… Çox vaxt futboldan kənar adamlar futbolla özlərini reklam etmək istəyirlər, klubları yarı yolda qoyub gedirlər. Gəlib lisenziya alsınlar, maddi məsələlərlə bağlı bank təminatı göstərsinlər, sonra çempionatda çıxış etsinlər".

Oxşar xəbərlər

Rövnəq Abdullayev AFFA-dan gedir - AÇIQLAMA
Qurban Qurbanov orduya maddi yardım etdi - 20 min manat
Maksim Medvedyev orduya maddi dəstək verdi - 10 min manat
FIFA yeni fond yaradacaq - Maaşsız futbolçu qalmayacaq
"İnter"in aqibəti necə olacaq? - AFFA prezidentindən açıqlıama

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər