Sportfm.az xəbər saytı
Sportfm.az xəbər saytı
Salahın heykəli sosial şəbəkələrdə lağa qoyuldu -FOTO
Misirdə “Liverpul” klubunun hücumçusu Məhəmməd Salahın şərəfinə heykəl qoyulub.
Sportfm.az xəbər verir ki, futbolçunun heykəli Misir gəncləri üçün ümid rəmzi kimi düşünülsə də, dərhal sosial şəbəkələrdə tamamilə gülünc bir şey kimi lağa qoyulub. Heykəldə təsvir olunan Salahın vücudu kiçik, qolları və ayaqları nazik, başı isə böyükdür. Bundan əlavə, onu “Yuventus”un hücumçusu Kriştianu Ronaldunun yaxın keçmişdə Madeyra aeroportunda qoyulmuş uğursuz heykəli ilə müqayisə ediblər. Qeyd edək ki, Ronaldunun heykəli sonralar yenisi ilə əvəzlənib. Salahın heykəli Şərm-əş-Şeyxdə gənclər forumunda təqdim edilib. Onun müəllifi Mai Əbdül Allahdır.
Oxşar xəbərlər
Demiralın heykəli ucaldılacaq
Salahın son durumu açıqlandı - Simptomları yoxdur
Salahın ayaqqabıları muzeydə sərgiyə qoyulacaq
Hindistanda Diyeqo Maradonanın heykəli ucaldıldı
Kamran Ağayevin əllərinin heykəli hazırlandı - FOTO
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin















Misli Premyer Liqası