Səfirə "Neftçi"nin forması təqdim olundu -FOTO
Azərbaycan Premyer Liqasının IX turunda "Bakcell Arena”da keçirilmiş "Neftçi” – "Qarabağ” oyununa VİP-qonaq qismində Türkiyənin Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Erkan Özoral dəvət olunub.
Sportfm.az xəbər verir ki, paytaxt təmsilçisinin prezidenti Kamran Quliyev matçın fasiləsində oyunu Türk Hava Yolları üçün hazırlanmış xüsusi "lounge”da izləyən səfirə və Türk Hava Yollarının Bakı ofisinin rəhbəri Seyfullah İlyasa komandanın formasını hədiyyə edib.
Qarşılaşmadan məmnun qaldığını bildirən E.Özoral "Neftçi” və Türk Hava Yolları arasındakı əməkdaşlığın, Türk Hava Yollarının "Neftçi” timsalında Azərbaycanda idmanın inkişafına öz töhfəsini verməsinin vacibliyini qeyd edib.
Qeyd edək ki, "Neftçi" - "Qarabağ" matçı meydan sahiblərinin 3:1 hesablı qələbəsi ilə başa çatıb.
Oxşar xəbərlər
"Neftçi" məşhur şirkətlə müqavilə bağladı - 1 illik
“Zaqatala” – “Neftçi” matçının vaxtı açıqlandı - Mövsümünün son turu
İtaliya səfiri “Neftçi”ni ziyarət etdi - FOTO
"Neftçi" "Türk Hava Yolları" ilə əməkdaşlıq müqaviləsi imzaladı - FOTO
Neftçi üçün yeni sponsor - Məşhur şirkətin rəhbəri təsdiqlədi!
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin















Misli Premyer Liqası