reklam
İtaliya səfiri “Neftçi”ni ziyarət etdi -
Sportfm.az xəbər saytı

İtaliya səfiri “Neftçi”ni ziyarət etdi -FOTO


İtaliyanın Azərbaycandakı səfiri Auqusto Massari "Neftçi"nin qonağı olub.

Sportfm.az xəbər verir ki, "Neftçi"nin prezidenti Kamran Quliyev səfirlə görüşərək, Azərbaycanda futbolun inkişafı və bu istiqamətdə görüləcək işlər haqqında müzakirələr aparıb.

Azərbaycandakı İtaliya vətəndaşları ilə maraqlanan Auqusto Massari ilə görüşdə "Neftçi"nin vitse-prezidenti Elnur Eyvazov, komandanın italiyalı baş məşqçisi Roberto Bordin, onun həmyerliləri - fiziki hazırlıq üzrə məşqçi Andrea Vezzu və futbolçu Canluka Sansone də iştirak ediblər.

Xatirə olaraq, səfirə "Neftçi"nin forması hədiyyə edilib.

Oxşar xəbərlər

"Neftçi" Xocalı abidəsini ziyarət etdi - FOTO
Yaponiya səfiri Keysuke Honda ilə görüşdü - FOTO
Yurçeviç "Neftçi"ni ziyarət etdi - FOTOLAR
"Neftçi" yeni sponsorla müqavilə bağladı - FOTO
Səfirə "Neftçi"nin forması təqdim olundu - FOTO

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər